Şahin Seyidzadə bəlli olmayan səbəblərdən öz namizədliyini az qala dövlət sirri kimi gizlədib
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, Gənclər Təşkilatları Milli Şurasının keçmiş sədri Şahin Seyidzadə Azərbaycanda 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. Editor.az xəbər verir ki, Ş.Seyidzadə namizədliyini 50 saylı Abşeron-Qobustan seçki dairəsindən irəli sürüb.
Lakin Şahin Seyidzadənin deputatlığa namizədlik məsələsi ictimaiyyət tərəfindən bir qədər müəmma ilə qarşılanıb. Çünki, Ş.Seyidzadə 27 dekabr 2019-cu ildə dairə açıqlamadan seçkilərdə iştirak edəcəyini elan etdikdən sonra prosesin gedişi ilə bağlı hər hansı açıqlama verməyib. Bütün digər namizədlərdən fərqli olaraq, Şahin Seyidzadə bəlli olmayan səbəblərdən öz namizədliyini az qala dövlət sirri kimi gizlədib və yalnız namizədliyi qeydə alındıqdan sonra 10 yanvar 2020-ci ildə seçkiyə qatılacağı dairəni açıqlayıb. Onun seçki prosesində hansı dairədən iştirakı, imzatoplama kampaniyası və digər məsələlər ümumiyyətlə ictimaiyyətdən gizli saxlanılıb.
Seyidzadənin bu şübhəli seçki taktikasını şərh edən ekspertlərin sözlərinə görə, Ş.Seyidzadə onsuzda kövrək olan namizədlik iddiasına qarşı güclü bir rəqibin meydana çıxacağından və medianın diqqətinə gələcəyindən ehtiyat edib.
Araşdırmalar göstərir ki, Ş.Seyidzadənin öz namizədlik prosesini maksimum şəkildə media və ictimaiyyətdən gizlətməyə çalışmasının mühüm və haqlı səbəbləri varmış.Qeyri-rəsmi mənbələrə əsasən Şahin Seyidzadənin təbliğat-təşviqat lövhələrinə vurulmuş seçki plakatları aidiyyatı icra nümayəndələri tərəfindən təşviqat lövhələrinə yapışdırılır. Abşeron -Qobustan sakinləri arasında hətta, Şahin Seyidzadənin artıq seçildiyi şayiələri dolanır. Bu isə, sakinlərin şəffaf seçkilərin keçiriləcəyi ümüdünü puç edir.
Medianın monitorinqi sübut edir ki, Təhsil İnstitutunun direktor müavininin adı mətbuatda indiyədək bir sıra qalmaqallı olaylarda hallanıb və ünvanına xeyli ittihamlar tirajlanıb.
Məsələn, Axar.az saytında dərc olunan "FETÖ-nün Azərbaycandakı məmur "nüfuz agentləri", Azərbaycandakı məmur agentləri – Sensasion adlar” adlı məqalədə Şahin Seyidzadə FETÖ-nün təhsil sahəsindəki əsas simalarından biri kimi təqdim olunur. Biz bu ittihamların nə qədər həqiqəti əks etdiyini deyə bilməsək də, qeyd etməliyik ki, ittihamlar Şahin Seyidzadə tərəfindən indiyədək rəsmi şəkildə təkzib edilməyib. Ş.Seyidzadə namizəd olacağı dairəni hər nə qədər gizli saxlasa da, hazırda onu olduqca güclü rəqiblərlə mübarizə gözləyir. Şahin Seyidzadə haqqında apardığımız araşdırmalardan bəzi faktları sizlərə çatdırırıq.
2018-ci il iyulun 5-də “İstək” liseyinin təsisçisi təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib və məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Əsas səbəb kimi isə maliyyə problemləri göstərilib. Ancaq həm valideynlər, həm də pedaqoji kollektiv bununla razı deyillər. Onlar təhsil müəssisəsinin bağlanmasını özünü “İstək” liseyinin təsisçisinin nümayəndəsi kimi təqdim edən Şahin Seyidzadənin səriştəsiz fəaliyyətinə bağlayırlar.
Hələ 2018-ci ilin may ayının 1-də, liseyin tam fəaliyyət göstərdiyi bir dövrdə pedaqoji kollektiv adından Şahin Seyidzadənin fəaliyyəti ilə bağlı təhsil naziri Ceyhun Bayramova müraciət ünvanlanıb. Yeniavaz.com xəbər verir ki, məktubda idarəçi Şahin Seyidzadə ilə bağlı, "Kollektivi şəxsi maraqlarına görə, idarə etmək", "Şagird, valideyn münasibətlərinə diqqətsizlik", "Milli-mənəvi dəyərlərə hörmətsizlik", "Azərbaycançılıq ideologiyasına qarşı təbliğat", "Kollektivə hədə qorxu gəlmək", "Səhv kadr siyasəti" başlıqlı ittihamlar yer alıb. Şikayət məktubunda bildirir ki, Şahin Seyidzadə və liseylərin pilot təhsil üzrə müşaviri Rüfət Əliyev “İstək”də fəaliyyətə başladıqdan sonra problemlər artmağa başlayıb. Beləki, Şahin SeyidzadəTəhsil Nazirliyinin adından istifadə edərək özünə maddi və mənəvi yaxın olan bir çox kadrı baş idarəyə yerləşdirib, maliyyə əməliyyatlarını özünə yaxın adamların şirkətlərilə gördürməyə davam edib. Və ən pisidə odur ki, “Əllərindəki "icma" siyahısında (Rüfət Əliyevlə birgə tərtib olunub) qırmızı-sarı-yaşıl rənglərə bölərək çox çirkin əməllərlə məşğul olaraq, əməkdaşları dövlətimizin hüquq mühafizə orqanlarının adından istifadə edərək "sizin ailəniz var, niyə düşünmürsüz, mən olmasan sizi iki gündə həbsə atarlar" ifadələri işlədilib. Bu yolla o, indiyədək bir neçə təcrübəli, nüfuzlu rəhbər işçini və müəllimi işdən uzaqlaşdırılmasına nail olmuşdur. Rüfət Əliyev və Şahin Seyidzadənin yeni gətirdiyi kadrlar məktəbin yataqxana rəhbərlərini toplayıb içki məclisləri qurur və içməyənləri hədələyərək, "kim içməsə onun nə olduğunu müəyyən edəcəyəm" kimi ifadələr işlədilib.
Təhsil Nazirliyinə olunan müraciətdə şagird, valideyn münasibətlərinə diqqətsizlikdən də bəhs edilir: "Bizim liseylərinin uğurunun təməl maddələrindən biri müəllim-valideyn-şagird üçbucağıdır. Hal-hazırda Rüfət Əliyevin diqtəsində olan lisey-valideyn əməkdaşlığı sahəsi, bu birliyi pozmağa çalışır. Valideyn və şagirdlərlə ünsiyyətdə boşluqlar olur ki, bu da narazılaıqların artmasına gətirib çıxarır. Son vaxtlarda liseylərimizin birində "debat biabırçılı" yaşandı ki, (göndərilən debat təlimçiləri liseydə içkili olmaları və digər etik cəhətdən yaza bilmədiyimiz hallar) bu təkcə kollektivdə deyil şagird və valideynlər tərəfindən də bilinməsi kollektivimizi pis vəziyyətə saldı".
Məktubda həmçinin Şahin Seyidzadənin kollektivlə görüş və çıxışlarında dəfələrlə azərbaycançılıq ideologiyasını pislədiyi və təhqir etdiyi iddia olunub. Ş. Seyidzadənın çıxışlarındakı bəzi ifadələr də məktubda qeyd olunub: "Filankəs qorxaqdır, çünki, o azərbaycanlıdır", "Azərbaycanlı olmayın", "Mən azərbaycanlı olmamaq üçün oxumuşam", "Mən dövlətəm" və s”.
Qeyd edək ki, yuxarıda qeyd olunan ittihamlarla bağlı dəfələrlə cavabdeh orqanlar Şahin Seyidzadənin mövqeyini öyrənmək istəsək də, səyləri boşa çıxır. Dəfələrlə Ş.Seyidzadənin mobil telefonuna zəng vurulsa da zənglərə cavab verən olmur.
LİDERİNFO.AZ-a mötəbər mənbədən verilən məlumatda onların kimliyi və himayəçiləri barədə iddialar var.
Şahin İsmayılov- Tələbə Gənclər Təşkilatının sədri. Şahin İsmayılovun kimin kadrı və ya kimin adamı olaraq ortada olması çoxlarına qaranlıq olmasa da bir çox insana qaranlıqdır. Belə ki, İsmayılov keçmiş PA şöbə müdiri Elnur Aslanovun gənclər sektorunda ən etibarlı kadrı olub və onun əli ilə yüz minlərlə maliyyə vəsaitin silib.
Şahin Seyidzadə - Gənclər Təşkilatları Milli Şurasının sədri. Hər kəs bilir ki Seyidzadə də Elnur Aslanovun sevimli kadrlarından olub. Hətta Fuad Muradov vurularaq onun yerinə Gənclər Təşkilatları Milli Şurasının sədrinə Seyidzadənin gətirilməsi təşəbbüsü də məhz E.Aslanovdan gəlib.
Nurəddin Mehdiyev - Gənclər Şurasının sədri. Bu adam gənc olaraq təqdim olunur cəmiyyətə amma 40 yaşı var bəlkə də daha çox. Yaş bir tərəfə Gənclər Fondunu talamaqla məşğul olan Nürəddin bəy keçmişinə hər zaman “sədaqətli” olub..
Vaxtı ilə Elşad İsgəndərovun özəl şirkətinə rəhbərlik edərək dini ziyarətlərə adam göndərməklə məşğul olan Nürəddin Mehtiyev həmçinin PA şöbə müdiri Elnur Aslanovla yaxşı əlaqələrə malik idi. Axı nədə olmasa eyni komandada “fəaliyyət” göstərirdilər. Həm Elnur Aslanova olan sədaqətindən onun əmanətlərinə sahib çıxır,həm də bu gənc rəhbərlərin əli ilə dövlətdən gənclər təşkilatları üçün ayrılan maliyyəni istədiyi kimi idarə edir. Yeri gəlmişkən deyək ki, bu siyahını bir azda uzada bilərik. Buradan məlum olur ki, Başqa iş kateqoriyası isə içərisinə casusluq, silahlı terror şəbəkəsi qurmaq, dövlət içində dövlət qurmaq, çevriliş etmək kimi bir sıra faktorları da içərisinə alacaq qədər geniş məfhumdur.
Meydan Tv-yə danışan valideynlərdən Arif Həsənov bildirib ki, liseyin bağlanmasının səbəbi kimi maliyyə probleminin göstərilməsi gülüncdür: “Onsuz da valideynlər liseydən istənilən təhsil haqqını ödəyirlər. Maddi problemləri yaranan bir qurumu ayağa qaldırmaq əvəzinə onu vurub öldürmürlər ki? Yəni, Azərbaycanın Təhsil Nazirliyinin maliyyə durumu bu qədər acınacaqlı vəziyyətdədir ki, bu cür yüksək səviyyəli liseyi bağlamaq qərarına gəlir?”
Meydan TV iddialarla bağlı adı çəkilən şəxslərlə dəfələrlə əlaqə saxlasa da, münasibət öyrənə bilməyib. Şahin Seyidzadə isə suallara cavab verməkdən yayınıb.
Axar.az həmin yazını təqdim edir: “İstək” liseyinin pedoqoji kollektivi adından hələ 2018-ci ilin may ayının 1-də yeni təhsil naziri Ceyhun Bayramova müraciət edilib. Kollektiv məktubda bildirir ki, özünü liseyin təsisçisinin (təsisçinin kim olduğu sənədlərdə bilinmir) nümayəndəsi kimi təqdim edən Şahin Seyidzadə və liseylərin pilot təhsil üzrə müşaviri Rüfət Əliyev bu məktəblərdə fəaliyyətə başladıqdan sonra problemlər də artmağa başlayıb. Müəllimlər iddia edir ki, Rüfət Əliyev və Şahin Seyidzadə gəldikləri ilk gündən Təhsil Nazirliyinin adından istifadə edərək, özlərinə yaxın olan adamları Baş idarəyə yerləşdirib, maliyyə əməliyyatlarını özünə yaxın adamların şirkətləri vasitəsilə gördürürmüş. Məktubda həmçinin qeyd edilir ki, Şahin Seyidzadə 2015-ci ildə Təhsil Nazirliyində “Sabah” layihəsinin koordinatoru vəzifəsinə təyin edilib. Lakin buna baxmayaraq, son günə qədər öz aylıq məvacibini “İstək” liseylərinin kassasından alıb, liseylərə qeyri-qanuni yoxlamalara gedib. Lakin 2018-ci il iyulun 5-də “İstək” liseyinin təsisçisi təhsil müəssisəsinin fəaliyyəti dayandırılmışdır.