dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda bu şəxslərə gediş haqqı ilə bağlı güzəşt ediləcək – “Prosesin sürətlənməsi üçün…”

Azərbaycanda bu şəxslərə gediş haqqı ilə bağlı güzəşt ediləcək – “Prosesin sürətlənməsi üçün…”

Xəbər verdiyimiz kimi, İstanbulda 5 yaşa qədər uşaqlar və anaları üçün ictimai nəqliyyatda gedişhaqqı olmayacaq. İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bildirib ki, qərar bələdiyyə məclisi tərəfindən yekdilliklə qəbul edilib.

Azərbaycanda da güzəştli gediş haqqı məsələsi vaxtaşırı müzakirə edilir. Bəs bizdə də belə bir qərar qəbul oluna bilərmi?

Turkustan.info bildirir ki, məsələ ilə bağlı nəqliyyat üzrə ekspert İlqar Hüseynli “Yeni Sabah”a açıqlamasında bildirdi ki, ekspertlər bu barədə təkliflər irəli sürüblər:

“Bizim bununla bağlı təkliflərimiz mövcuddur. Bu qanun hələ İstanbulda qəbul olunmamışdan əvvəl bu barədə ekspertlər olaraq təklif irəli sürmüşdük. Birinci növbədə, məktəb yaşınadək uşaqlar və onların valideynləri nəqliyyat ödənişlərindən güzəştli kartlar vasitəsilə azad olunmalıdır. Bu qərar vətəndaşları sosial imkanlarının artırılması baxımından əhəmiyyətli qərardır. Eyni zamanda Türkiyənin belə bir təcrübəsi var ki, tələbə və şagirdlər güzəştli ödənişlərlə, təxminən gediş haqqının yarısını ödəməklə ictimai nəqliyyatdan istifadə edir. Çox yaxşı olardı ki, bu Azərbaycanda da tətbiq olunsun. Bu həmçinin aztəminatlı ailələrin və sosial vəziyyətlərinin zəif olduğu ailələr üçün də keçərlidir”.

Nəqliyyat eksperti gələcəkdə Türkiyədəkinə oxşar qaydaların Azərbaycanda da tətbiq oluna biləcəyini istisna etməyib:

“Hər şey, bu məsələyə birbaşa cavabdeh olan dövlət orqanlarının münasibətindən asılıdır. Tarif Şurasına nə qədər tez təklif göndərsələr, bu bir o qədər tez baş verə, proses sürətlənə bilər. Amma konkret vaxtla bağlı fikir bildirmək çətindir. Təklifləri biz veririk, artıq onu dəyərləndirmək və qərar vermək dövlət orqanlarının işidir. Burada həm BNA-nın, həm də “Bakı Kart”ın mövqeyi olmalıdır. Onlar da hansısa məsrəflərin qarşılanması ilə əlaqədar öz maliyyə mənbələrini nəzərdən keçirməli, datasiya imkanlarını müzakirə etdikdən sonra qərar verməlidirlər”.

Oxunub: 485
Oxşar xəbərlər
SON XƏBƏRLƏR