dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə Gənc Mədəniyyət işçilərinin Könüllülər qrupu yaradıldı.


Bərdə Regional Mədəniyyət İdarəsi, Mingəçevir şəhər Nümayəndəliyi Heydər Əliyev Mərkəzində, Gənc Mədəniyyət İşçilərinin Kreativ qrupu və Mədəniyyət Könüllülərin birgə təşkilatçılığı ilə "Mədəniyyətimizdə, cəmiyyətdə və sosial şəbəkələrdə gənc Könüllülərin rolu" adlı dəyirmi masa keçirilib.Tədbiri Heydər Əliyev Mərkəzinin direktor əvəzi Tutu Xanlarova açıq elan etdi.Daha sonra "Zəmanətimiz-Nəticəmizdir" kompüter kursları rəhbəri Emil Xanlarov, Mingəçevir Mədəniyyət Kreativ qrupunun rəhbəri Nahid Musayev, Tarix Muzeyinin əməkdaşı Camal Əhmədov çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Mingəçevir Mədəniyyət Nümayəndəliyi əməkdaşı Cavid Əliyev yeni yaradılan Gənc Mədəniyyət Könülləri ilə birgə, Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatında fikirlər söyləyib.
Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Sonda Gənc Mədəniyyət İşçiləri öz dəyərli fikirlərini söylədilər, Başda Cənab Prezidentimiz olmaqla, Mədəniyyət Nazirimizə,Bərdə Regional Mədəniyyət İdarəsi Rəhbərinə, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısına, Mingəçevir Mədəniyyət Nümayəndəliyi Rəhbərliyinə biz gənclərə yaradılan bu imkanlara görə təşəkkürlərini bildirdilər.Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Vətənə xidmət etmək, vicdan, şərəf və ləyaqət borcumuzdur.

Yaşasın güclü Azərbaycan!


Esmira Hidayətova
Mingəçevir


Oxunub: 590
Oxşar xəbərlər
SON XƏBƏRLƏR