dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda 2050-ci ilə qədər havanın orta illik temperatur göstəriciləri açıqlanıb

Azərbaycanda 2050-ci ilə qədər havanın orta illik temperatur göstəriciləri açıqlanıb

Azərbaycanda havanın orta illik temperaturu regiondan asılı olaraq baza dövrünə (1961-1990-cı illər) nisbətən təqribən 0.8-1.90 dərəcə artıb. Atmosfer yağıntılarının orta illik miqdarı isə əsasən azalıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun 2019-cu il üzrə illik hesabatında bildirilir.

Hesabata əsasən, Kür-Araz ovalığının bəzi rayonlarında azalma 12-15% təşkil edib, Abşeron yarımadasında və ondan şimalda yerləşən sahilboyu ərazidə isə o, az da olsa (2-3%) artıb. İlin isti dövründə yağıntıların miqdarı 3-17% azalıb.

İllik temperaturun artım sürəti 134 il ərzində 0.80-1.40 dərəcə olub, onilliklər üzrə isə artım sürəti təqribən 0.10 dərəcə təşkil edib. Atmosfer yağıntıları 125 il ərzində bəzi ərazilərdə azalıb ( Ağstafa – 88mm, Naxçıvan – 7 mm), Gəncədə isə 8 mm artıb.

Aparılmış hesablamalar əsasında 2050-ci ilə qədər havanın temperaturunun və atmosfer yağıntılarının qarşıdakı onilliklər müddətində gözlənilən qiymətləri verilib.

Havanın orta illik temperaturunun və atmosfer yağıntılarının gözlənilən qiymətləri

Oxunub: 535
Oxşar xəbərlər
SON XƏBƏRLƏR