Bu günlərdə taksi ilə Şırvan şəhərinə gedirdim.. Taksi sürücüsü danısırdı :-" Şirvan - Hacıqabul yolu ilə gedərkən telefonuma mesaj gəldi. 150 manat çərimə yazılmışdı.
Arxadan gələn neçə avtomobil var idisə, onların hər biri radara düşmüşdü.
Elə ki mənzilə çatdım, pul taparaq borcumu ödədim.
Bir həftə bundan əvvəl isə radara dusdüyüm üçün 345 manat ödədim. İndi isə əl telefonuma bir həftəyə 430 manat cərimə gəlib.
Mən övladımı necə dolandırım ?
Bu radarların cəriməsi bizi təngə gətirib.
İpək yolunda saatda 120 - 130 la sürmək normal surətdir.
Taksi sürücüləri ailəsini dolandirmaq ücün gecə- gundüz sərnisinlərimizin xidmətində dursalar da , yol qıragında gizlənən və pusquda duran " QAİ-" şniklərin əlindən zara gəliblər. Yol müfəttişləri radarlardan gələn gəlirlərin faizini alsalar da , yol müfəttişlərinin avtomobillərində qurasdırılan radarlar yoldan keçən hər bir avtomobili hədəfə götürərək ağına, bozuna, kasıba, imkanlıya baxmayaraq cərimələyirlər. Biz surucüləri əsəbləsdirən isə yolda quraşdırılan radarlar yox, əsasən yol müfəttişlərinin azğınlıgı və pula hərisliyidir."
Əlbətdə ki radarları görən sürücülər məsuliyyət hiss edir, surəti azaldırlar. Lakin yüksək surətli yollarda saatda 70 lə getmək arxadan gələn avtomobillərin hərəkətinə maneçilik torədə bilər.
Hər halda ehtiyyat igidin yaraşığıdır.
Görəsən bir gündə Azərbaycanın magistral yollarında nə qədər avtomobil radara düsür?
Bu qədər pullar hara xərclənir ?
Görəsən milyonlarla yığılan pullardan hansısa bir xeyriyyə işlərinə sərf olunurmu?
Bu pullardan şəhid ailələrinə , imkansız insanlara yardım edilirmi?
Bu qədər radarlardan yığılan milyonlarla pulların haqq hesabını hesablayan varmı?
Azərbaycanın magistral yollarında, mərkəzi səhərlərimizdə nə qədər radarlar quraşdırıldığını bilən varmı?
Görəsən qonşu ölkələrdə də bu qədər radarlar quraşdırılıbmı?
Yəqin ki, mutəxəssislər , əlaqədar təşkilatlar bu məsələyə dövlət səviyyəsində aydınlıq gətirərlər.
Rauf İLYASOĞLU