dini radikalizm və ekstremizmlə mübarizə

Nəşriyyatda möhtəsəm tədbir keçirildi


Azərbaycanın səsi İçtimai birliyinin sədri, yazıcı - jurnalist, ulu ondər Heydər Əliyev siyasətinin ugurlu davamcısı və Heydər Əliyev Fondunun əvəzsiz fəaliyyətinə həsr olunmuş dəyərli kitabların müəllifi Məsədi Faiq Əhmədovun təşkilatçılıgı ilə Dunya Azərbaycanlılarının Həmrəyliyi günu və Yeni İl bayramı münasibəti ilə Nəşriyyatın 8 ci mərtəbəsində yerləsən Akk zalında musiqili, ədəbi - bədii xeyriyyə tədbiri keçirilmişdir. Tanınmış ziyaliların, Qarabağ qazilərinin, şəhid ailələrinin, təskilat rəhbərlərinin, media nümayəndələrinin istirakı ilə keçirilən tədbiri Faiq Əhmədov açaraq qonaqları salamladı və Dövlət himnimiz səsləndirildikdən sonra cəmi Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Sonra Faiq Əhmədov tədbir istirakçılarını və xalqımızı Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik etdi . Tanınmış muğam ifaçıları tədbirə rəng qatdılar və ziyalılar vətənpərvər mövzulu çıxışlar etdilər, şeirlər ( bu sətirlərin müəllifi də daxil olmaqla ) söylədilər.
Çıxış edənlər tədbirin əhəmiyyətindən danışdılar və təskilatçı Faiq Əhmədovun şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdılar.
Bildirildi ki dövlət rəhbərimizin cevik siyasəti və ordumuzun gücu sayəsində 2020 ci il xalqımıza düşərli olacaq , işğal olunmuş torpaqlarımız yağı taptağından tezliklə azad olunacaqdır .
Faiq Əhmədovun vətənpərvər mövzulu çıxışı alqışlarla qarşılandı.
İfa olunan mahnıların sədaları altında sevinc sevincə qatıldı .
Sonra Faiq Əhmədov bir qrup əlil və səhid ailələrinə bayram sovqatı hədiyyə etdi .
Xeyriyyəçilik ən savab işlərdən biridir ,
Biz də qəlbləri sevindirən belə tədbirlərin təşkilatçılarına sağ ol deyir və imkanlı insanları vicdanlarının səsinə qulaq asmağa , xalqımızı birliyə ,ayıq - sayıq olmağa çağırıram.

Raif İlyasoğlu





Oxunub: 645
Oxşar xəbərlər
SON XƏBƏRLƏR