2019-cu ildə Bakı Nəqliyyat Agentliyi tərəfindən 371 yeni avtobus alınıb.
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, il ərzində 200 avtobus əsaslı təmir olunub, 8 avtobus parkı istifadəyə verilib, 124 yeni dayanacaq pavilyonu quraşdırılıb.
Ümumilikdə il ərzində 10 marşrut xətti optimallaşdırılıb, 500 avtobusda nağdsız ödənişlər tətbiq olunub.
Oxunub: 510