dini radikalizm və ekstremizmlə mübarizə

100 yaşlı Bakı Dövlət Universitetinin yubileyini təbrik edirik!


Bakı Dövlət Universitetinin bütün professor-müəllim və tələbələrini 100 illik yubiley münasibətilə Mingəçevir Dövlət Universitetiin kollektivi adından təbrik edirik.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi milli ali təhsilimiz üçün tarixi hadisədir.

Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi 100 il ərzində həm ölkəmiz, həm də dünyanın çoxsaylı ölkələri üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlandığı bir ali təhsil ocağıdır.

Cümhuriyyətimizin yadigarı olan Bakı Dövlət Universiteti sonralar ölkəmizdə yaradılan digər ali təhsil müəssisələrinin formalaşmasında mühüm baza rolunu oynamışdır.

Azərbaycan ali təhsilinin beynəlxalq arenada layiqincə təmsil olunmasında Bakı Dövlət Universitetinin müstəsna xidmətləri vardır.

2019-cu ilin 30 sentyabr tarixində rektor Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Mingəçevir Dövlət Universitetində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbir kollektivimizin xatirində dərin izlər buraxmışdır. Tədbir çərçivəsində iki universitet arasında əməkdaşlıq protokolunun imzalanması 100 yaşlı universitetin zəngin təcrübəsinin regionlara gətirilməsi istiqamətində mühüm başlanğıc olmuşdur.

Böyük məmniniyyətlə, 100 illik şərəfli tarixə malik olan Bakı Dövlət Universitetinin kollektivinə Azərbaycan ali təhsilinin və elminin inkişafı yolunda daha böyük uğurlar arzulayırıq.

Ölkə başçımızın 25 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamları ilə yüksək fəxri adlara və dövlət təltiflərinə layiq görülən həmkarlarımızı ayrıca təbrik edirik.

100 illik yubileyiniz mübarək!

Mingəçevir Dövlət Universitetinin kollektivi adından

Rektor Şahin Bayramov

Oxunub: 736
Oxşar xəbərlər
SON XƏBƏRLƏR