dini radikalizm və ekstremizmlə mübarizə

Atatürk mərkəzində tədbir


Azərbaycan İraq Mədəni Əlaqələr içtimai birliyinin sədri Tahirə Məmmədovanın təşkilatçılığı ilə Bakıdaki Atatürk mərkəzində Turkiyədən və Almaniyadan gəlmiş görkəmli şairlərin , yazarların , qəzet əməkdaşlarının siyasətçilərin iştirakı ilə tədbir keçirilmişdir.
Azərbaycan və Türkiyənin dövlət himni səsləndirildikdən sonra Rauf İlyasoğlu tədbiri açaraq iştirakçıları salamladi və dedi: ilk öncə Azərbaycanın görkəmli dövlət xadimlərinin 20 noyabr 1991 ci ildə Qarabağda Qarakənd səmasında vertalyotdan enərkən erməni quldurları tərəfindən terror törədilməsi nəticəsində qətlə yetirilmiş və şəhid olmuşlar. Çəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz Tahirə Məmmədovaya verildi. Tahirə xanım tədbir iştirakçılara təşəkkürünü bildirdi və Turkiyədən gəlmiş qonaqları salamladi və dedi : Biz bu günlərdə Türkiyənin Muğla vilayətinin Fethiyə rayonunda beynəlxalq festivala qatılmışdıq
Kayaköy Barış və dostluq festivalında Turkiyə, İngiltərə ,Yunanıstan və Azərbaycan nümayəndələri istirak edirdilər Rəbhərlik etdiyim təşkilatın Turkiyə üzrə təmsilcisi , şair, qəzetci, heykəltaraş,
29 kitab müəllifi,bəstəkar Mustafa Taner festivalın təşkilat kömitəsi ilə birlikdə bizi dəvət etmisdilər. İki gün keçən festival yuksək səviyyədə keçirildi və Turkiyənin15 dən çox qəzeti bu barədə geniş məlumat dərc etdirdi. Azərbaycan kultur heyəti festivala rəng qatdı.Testival turkiyə televiziyası ilə canlı yayımlandı.
İndi isə söz Mustafa Tanerindir.
Qarabağ adı çəkiləndə gözləri dolan vətənpərvər ziyalı Mustafa Taner Bakıda olmaqdan qurur duyduğunu bildirdi və hazırladığı diplom və hədiyyələri festival istirakçılarına təqdim etdi. Mustafa Taner vurguladı ki, bu yaxınlarda Fethiyə rayonunda başqanım Tahirə Məmmədovanın təşəbbusü ilə bir küçənin acılişı olacaqdir. Fethiyə Kaymakanı və bələdiyyə başqanımızın təklifi ilə Qarabağ - Azərbaycan küçəsinin açılişını Turkiyə , İraq və Azərbaycan arasında kultur mədəniyyətlərimizin təbliğ olunmasında böyük xidmətləri olmuş məhz Tahirə Məmmədova edəcəkdir.
Turkiyə və Azərbaycan yazarlar birliyinin üzvü,Anadoku Sənətcilər birliyinin genal başqanı , 39 kitab müəllifi şair, qəzetəçi ,bəstəkar Sabit İncə uzun illər Azərbaycanda olmaqdan quru duyduğunu ( antoloji kitabların müəllifi olanbSabit İncə 36 kitab müəllifidir ) və bu görüşləri unutmayacağını bildirdi və Tahirə Məmmədovaya , eləcə də Həkəri qəzetində, saytlarda keçirdiyimiz tədbirləri işıqlandirdığına gorə rəhbərlik ətdiyi təskilatı adından bir qrup ziyalıları fəxri diplomla mükafatlandırdı.
Almaniyadan beş min kilometr yol qət edərək Azərbaycanı görmək arzusuya Bakıya gəlmiş sosioloq, siyasətci, iş adamı Yalçın Türkay tədbirin təskilatcılarına təşəkkür etdi və Səhidlər xiyabanını , İçəri şəhəri , Miniatur kitabxanani, Əliaga Vahidin heykəlini ,Milli Bulvar Parkimizi , insanlarda olan mehribanliğı görduyünu və sevincdən qəhərləndiyini bildirdi.
Qonaqlara polkovnik, Qarabağ müharibəsi veteranı Rasim Sadıqovun layihə rəhbəri və maliyyə dəstəyi ilə üç min tiraj çap olunmuş Turkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğana həsr etdiyi Tarixi şəxsiyyətlər jurnalı və Rauf İlyasoğlunun şəhidlərimizə həsr olunmuş " Bayramsız Laçın və Laçınsız Bayram " kitabı , eləcə də digər kitablar hədiyyə edildi.
Sonra Tahirə Məmmədova bir qrup ziyalılara təskilatı adından fəxri diplom təqdim etdi.
Tadbirdə şair , yazar Əkbər Qoşalı, AİMƏİB - nin həmtəsisçisi ATU - nin dosenti Hafiz Osmanov, Azərbaycan Yazıcılar Birliyinin Sumqayıt bölməsinin sədri sairə Gülnarə Cəmaləddin ( Niftiyeva ) ,
Cavidşünas ,polkovnik Həmid Cəfərov, ADPU nin dosenti , tarixci rəssam Səyyar Əliyev, tanınmış modelyer, xeyriyyəçi Fəxriyyə Xələfovanın müavini Əfruz Eylazova , QHT rəhbəri Mehriban Abdullayeva ,Aytam uşaqları mədəni maariflənməsi ictimai birliyinin sədri Aygün Zamanlı, Dünya xəbər saytının və Ailə uşaq ictimai birliyinin sədri Dünyaxanım Əliyeva , " Dodo " qəzetinin baş redaktoru, Azərbaycanda mulukultural dəyərlərin tədqiqatçı, yazıçı İradə Məlikova, Azərbaycan səsi ictimai birliyinin və eyni adli internet tv nin rəhbəri, Faiq Əhmədov ,Əsir Qadınlara kömək ictimai birliyinin sədri Rada Abbasova, Azərbaycan radiosunun aparıcısı İlahə Aslanova , AMEA,- nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçıləri Tutuxanım Məmmədova və Ceyran Qənbərli, Qazax rayonundan gəlmiş xeyriyyəci Aydın Rəhimov, şairlərdən ehtiyyatda olan polkovnik Maşallah Məftun, Elmira Aslanxanbəyli, ( Cəbrayıllı ), Solmaz Şirvanlı, Pustə Rəvan ,Fesih Alioğlu , Mərcan Şahbuzlu, yazıçı Hafiz İmamnəzərli ,
" Gedim Güran" Araşdırmalar birliyinin sədri Nəhayət Hüseynova ,Sosial rifah və tərəqqi ictimai birliyinin sədri Əkrəm Bəydəmirli , Sumqayıtdan əlil arabası ilə tədbirə gəlmiş dəyərli ziyalımız , rəssam ,şair Səxavət xanım , AİMƏİB- nin Qazax rayon üzrə təmsilçisi, xeyriyyəçi Aydın Rəhimov ( onu da qeyd edim ki öz ad günündə turkiyədən gəlmış dostları bir an da tərk etmədən diqqət və qayğı göstərən ) , Sunay Hacıyeva , iş adamı Fərhad Əliyev , Həkəri qəzetinin əməkdaşlari Aygün Huseyn , Aytac Müşviqızı və başqaları çıxış etdilər.
Elxan Rəsuloğlunun Turkiyə Azərbaycan dostluguna həsr etdiyi əzəmətli ifası hər kəsdə xoş ovqat yaratdı .
Sonda Tahirə Məmmədova tədbirin təşkil olunmasında əməyi olan hər kəsə, istirakcılara, media nümayəndələrinə, sayt və təskilat rəhbərlərinə, xususilə Atatürk mərkəzinin direktoru akademik, Millət vəkili Nizami Cəfərova sonsuz təşəkkürün bildirdi.
AİMƏİB - nin üzvləri xeyriyyəçi, iş adamları Mərdan Behrudi ( istedadlı şairimiz Rustəm Behrudinin qardaşı ) və Yaşar Məmmədov Türkiyəli dostların şərəfinə ziyafət təskil etdilər və yuksək səviyyədə qonaqpərvərlik nümayiş etdirdilər.

Rauf İlyasoğlu ,
AİMƏİB -nin mətbuat xidmətinin rəhbəri,.
Həkəri qəzetinin baş redaktoru







Oxunub: 1 229
Oxşar xəbərlər
SON XƏBƏRLƏR