Bu gün Azərbaycan İraq Mədəni Əlaqələr ictimai birliyinin Türkiyə üzrə təmsilçisi, Oskar mükafatçısı, Turkiyənin tanınmış qəzetəcisi, sair , yazıçı, 29 kitab müəllifi, bəstəkar.
heykətaraş Mustafa Taner, Almaniyada yaşayan, əslən türk vətəndaşı, sosioloq, iş adami, xeyriyyəçi Almaniyada 26 il Camilərdə müdirlik yapan ( yönəticisi ) Yalçın Türkay və Turkiyə və Azərbaycan yazarlar birliyinin üzvü, şair ,bəstəkar , 36 kitab müəllifi Sabit İncə , Azərbaycan İraq Mədəni Əlaqələr İçtimai birliyinin sədri , Dünya Sülh səfiri Tahirə xanım Məmmədovanın dəvətiylə Azarbaycana qonaq gəlmişlər.
Biz bu gün Samaxi Resedxanasında gözəl bir tədbirə qatılıq.
Azərbaycan Prezidenti yanında QHT lərə Dövlət Dəstək Şurasının maliyyə dəstəyi ilə Aytam Usaqların Mədəni Maarifləndirilməsi İctimai birliyinin sədri Aygün Zamanlınin təşəbbüsü ilə 70 dən çox şagirdlərin və Turkiyədən gələn qonaqların , Nizami adına muzeyin məsul əməkdaşlarının, orta məktəb muəllimlərinin, valideynlərin iştirakı ilə gözəl tədbir keçirildi. Ölkə Prezidentinin sərəncamı ilə boyük Azərbaycan mütəfəkkiri, sairi İmadəddin Nəsiminin 650 illik yubileyi olduqca maraqli kecdi.
Bu haqda Həkəri qəzetinin növbəti sayında geniş məqalə hazirlanır.
Axşam Şamaxidan qayıtdiqdan sonra Tahirə xanım Turkiyədən gəlmiş qonaqlara bağ evində gözəl süfrə açdı.
Şamaxıda yaşayan vətənpərvər şair Solmaz Şirvanli uzun həsrətdən sonra qardaşi Mustafa Tanerlə görüsdu və biz də bu gözəl məclisdə təam etdik, şeir soylədik.
Qazaxdan gəlmiş Aydın bəy bir qohum olaraq Tahirə xanımın qonaqlarına yüksək səviyyədə qayği gostərdi.
Tahirə xanımın öz əlləri ilə hazirladiği ləziz xörəkləri ağzımizı tama gətirdi. Əllərinə sağlıq deyən qonaqlar geniş və yaraşıqlı bağ evində bu sonsuz qonaqpərvərliyə gorə Tahirə xanıma təşəkkür etdilər.
20 noyabr saat 14-00 da Bakidaki Ataturk mərkəzində mohtəşəm tədbir nəzərdə tutulur.
Maraqlanan dostlar istirak edə bilər. Qarabağ adı çəkiləndə gözləri yasaran vətənpərvər Turk qardaşlarımızı şəhərimizin və rayonlarımızın ğörməli yerləri ilə tanış edəcəyik..
Sayt rəhbərlərinin , jurnalistlərin , Televiziya əməkdaşlarının ( təmənnasiz ) gəlib bu tədbirdə istirak etməsi vaçidir.
Çünki AİMƏ ictimai birliyinin bir ay əvvəl Turkiyənin Kayaköy Barış və dostluq festivalında istiraki , mötəsəm çıxişlarımız Turkiyə televiziyalarında onlarla qəzetlərdə dərc olunduğu halda Azərbaycan televiziyalarının əməkdaşlarının gəlib bu tədbiri isıqlandirmasi Turkiyə ilə Azərbaycan arasında qardaşliğın möhkəmlənməsində olduqca vacib və əhəmiyyətlidir.
Bir həftə ərzində gözəl görüşlər keçirilməsi nəzərda tutular.
Rauf İlyasoğlu
AİMƏ ictimai birliyinin mətbuat xidmətinin rəhbəri
Həkəri qəzetinin baş redaktoru,
Oxunub: 992