dini radikalizm və ekstremizmlə mübarizə

Unudulmaz tələbəlik illərimiz


Azərbaycan Texnologiya Universitetinin 817 a qrup məzunları ( 1977-82 ci illər ) yenə də bir arada.
Tələbə dostlarımız 42 il keçsə də ,hər il bir yerə yığışır və köhnə, unudulmaz günlərə, tələbəlik illərinə qayıdır , bir - birindən xəbər tuturlar.
Bir ay əvvəl Ruslan Göyüşovun 60 illik yubileyini Şamaxı şəhərində qeyd etdik. Tələbə dostlarımiz Respublikamızın hər tərəfindən gələrək bir yerə yiğışmışdıq.

Gözəl anlar yaşadıq. Bu dəfəki görüş yerimiz isə Qəbələ şəhərindəki Kohnə Qəbələ istirahət düşərgəsi oldu. Tələbə dostlarımız Qoca Səmədovun və Əlövsət Həsənovun 60 illik yubileyini qeyd etdik. Ruslan Göyüşov qrup tələbələri.izin adı dan Qoca qardaşımizın portretini məshur rəssama yağli boyalarla sifariş vermişdi. Həqiqətən də rəssam Qocanın portretini pesəkar səviyyətə çəkmişdi.Ruslan portreti acaraq yubilyarı təbrik etdi .Qoca təsəkkürünu bildirdi və çox duýğülandı.
Şahbaz Mirzəyev isə həm Qoca Səmədovun , həm də Əlövsət Həsənovun şəkillərini və qrup yoldaşlarımizın 1977 ci illərdə cəkdirdiyimiz şəkilləri cini qablarda həkk etdirərək hər iki dostlarımıza hədiyyə etdi.
Bu sətirlərin muəllifi isə dostlara həsr etdiyi şeirlərlə məclisdə xoş ovqat yaratdı.Hicran Rzayev isə maraqli epizodları əl telefonunun yaddaşına həkk edirdi.
Növbəti görüş vaxtımız fevral aynıda Fazil Pasayevin 60 illik yubileyi ilə bağlı olacaqdır. Unutsaq unudularıq.
Dostlar bir gün də bir birini unutmur.
Dünyasını dəyişən tələbə dostlarımızı müəllimlərimizi ehtiramla xatırladıq, dünyasını dəyişənlərə rəhmət dilədik.
Dostlarla mehriban gorüşüb yola duzəldik. Təcrübəli surücümüz Şahbaz Mirzəyev bizi Qəbələ yolundan bir az aralıda dağlardan süzülərək axan bulaq başına gətirdi. Doyunca su içərək, Bakıya qayıtdıq. Yaddaqalan günlər yaşadıq.
Tələbəlik və əsgərlik illərinin dostluğu həqiqətən də unudulmur.
Bu gün isə Ələddin, Sabir ,İlyas ,Emil ,Oqtay, Əli, Miribrahim, Hafiz və digər dostlar yenə də xudmani bir məclisə yiğışıb köhnə illəriimizi vərəqləyəcəyik ,inşallah.
Allahdan hər birinizə təmənnasiz dostluq ,mehribançılıq arzulayıram.
Allahdan dostlarıma can sağlığı arzulayıram.

Rauf İlyasoğlu

Oxunub: 687
Oxşar xəbərlər
SON XƏBƏRLƏR