Dünən heç bir tədbirdə iştirak etmədim.Bu mənim eqoistliyimdən, yada Vətən sevgisi olmamasından irəli gəlmir. Vətənimi canımdan çox sevdiyimi tanıyan dostlarım bilir. Sadəcə uzun illərdir ki, Bayram tədbirlərini qəbul edə bilmirəm. Bəlkə də deyəcəksiniz ölənlə, ölmək olmaz. Xeyirlə-şər bacı qardaşdır. Əmma əmması "N" qədər
Mən Qarabağlı deyiləm.
Nə laçınlı, nə Kəlbəcərli, nə Şuşalı, nə Xoçavəndli həəə heç Xocalıdanda deyiləm, Cəbrayılı heç görməmişəm, Ağdamın Quzanlısında olmuşam. İşğal altında inləyən torpaqları görmək ən böyük arzumdur.
Sadəcə videolarda, sujetlərdə, filimlərdə izləmişəm. Amma qəlbimdə elə bir yanğılı həsrət var ki, onu söndürə bilmirəm.
Ay Qarabağlılar , ay Vətən həsrətli bacı, qardaşlarım bu dərdə necə dözürsünüz??? Necə çəkirsiniz bu həsrəti?
Bilmirəm bəlkədə mən haqqsızam.
Amma mən heç bir bayramı bayram qəbul edə bilmirəm!
Bayraq--bir millətin varlığı, ölməzliyi, namusu, haqq səsidir. Bu üç rəngli bayraq igidlərimin, qəhrəmanlıqı nəticəsində yüksəklərə ucalandır. Mənim bayrağım torpaq uğrunda canını qurban verən şəhidimin örtüyüdür.
Mənim bayrağım ucalara layiqdir.
Bayraq- imandır!
Bayraq- dindir!
Bayraq- Vətəndir!
Bayraq-qürurdur!
Bayraq- namusdur!
Bayraq- şərəfdir!
Bayraq -şöhrətdir!
Bayraq- Şəhid qanıdır!
Bayraq mİllətimin haqq səsidir!
Allah Vətənimizi, xalqımızı, millətimizi qorusun. Tezliklə bayrağlarımız Qarabağda düşmən ayaqları altında inləyən torpaqlarda dalağalansın.
Mən o gün deyəcəm, bayramınız mübarək!!!
Amma sosial şəbəkədə izlədiyim bayram əhval ruhiyyəsi nə qədər sevinc bəxş etsədə, kədər ondan üstün oldu. Həsrət daha çox yandırdı külə döndüm, arzuları kösöv kimi bir ömür yananlar kimi. (((
Mənim sevincli xalqım... dərdini kədərini bir anda silə bilən xalqım... Əsirlərini unudan xalqım...
Dünən ermənilər əsirlərimizə daha çox əziyyət verdi(((( daha çox qadınlarımıza təcavüz etdi((( Kişilərimizi əskilti. Təqqir etdi...
Bu belə deyilmi???
Bəlkədə deyəcəksiniz hardan bunu bilirsən ay Almaz xanım.
Xislətlərin tanıyıram!
Vəhşiliklərin bilirəm!
Vandallıqların etdiklərini tarix bizəbunları dəfələrlə göstərdi!
Hər bir bayramımız erməni əsarətində qalan əsirlər üçün qara gündür. Mən bunun üçün bayramlarımızda sevinmirəm.
Sevinə də bilmirəm. Darda olan hər kəsin yerində özümü görə bilməyim məni yaşamağa qoymur!(((
Niyə bizdə erməni əsirləri yoxdur???
Nə üçün???
Səbəbini bilən varmı???
Olsaydı əsirlərimizi geri ala bilmə şansı olardı.
Allah səbrimizi kəssin. Səbr daşı çatladı bizlər isə çatlamadıq!
Almaz İlahə
Oxunub: 720