dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda pensiyaçıların sayı azala bilər: Gələcək üçün narahatlıq

Azərbaycanda pensiyaçıların sayı azala bilər: Gələcək üçün narahatlıq

“Azərbaycanda pensiya çıxanların sayında kəskin azalma gözlənilir. Pensiya ala bilməyən 62 yaşına çatmış qadınlara və 67 yaşına çatmış kişilərə 130 manat qocalıq müavinəti veriləcək”.

Turkustan.info xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

O bildirib ki, oktyabrın 1-dən minimum pensiya məbləği 200 manata çatdırılandan sonra yaşa görə pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb: “Belə ki, mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 800 manat minimum pensiya kapitalı tələb olunur. Belə ki, 25 il iş stajına malik olmayanlar və ya 28 800 manat minimum pensiya kapitalını toplaya bilməyənlər pensiyaya çıxıb təqaüd ala bilməyəcəklər. Belələrinə hazırkı qanunla 130 manat qocalıq müavinəti veriləcək.

Pensiya ala bilməyənlər üçün 130 manatlıq qocalılq müavinəti aşağıdakı meyarlarla bu şəxslərə veriləcək:

– 62 yaşına çatmış qadınlara,
– 67 yaşına çatmış kişilərə,
– 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara,
– ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilərə”.

Analitik onu da qeyd edib ki, mövcud qanunvericilikdə minimum pensiya məbləği ilə pensiyaya çıxmaq üçün minimum pensiya kapitalı arasında düz mütənasib əlaqə yaradılıb: “Bu, o deməkdir ki, bundan sonra da minimum pensiya məbləği artdıqca, pensiya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı ona müvafiq yüksələcək. Belə davam edərsə, yəqin ki, Azərbaycanda pensiya çıxanların sayında kəskin azalma müşahidə olunacaq”. /Cebhe.info/

Oxunub: 596
Oxşar xəbərlər
SON XƏBƏRLƏR