dini radikalizm və ekstremizmlə mübarizə

BİLƏSUVAR RAYONUNDA SEMİNAR KEÇİRİLDİ


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.08.2018-ci il tatixli F-547 nömrəli əmrinin icrası məqsədi ilə Biləsuvar rayonunda təlim-tərbiyə işlərinə rəhbərlik və nəzarətin təşkili barədə seminar keçirilib.

Seminarda Biləsuvar RTŞ-nin müdiri Aqşin Bağırov, ARTİ-nin Təhsilin iqtisadiyyatı və idarəolunması şöbəsinin müdiri p.e.d., prof. Piralı Əliyev, ARTİ-nin Ümumtəhsil və məktəbdənkənar təhsil şöbəsinin müdiri p.f.d., dos. Bibixanım İbadova, ARTİ-nin Tədris resursları şöbəsinin müdiri p.f.d., dos. Asif Hacıyev, ARTİ-nin Təhsil nəzəriyyəsi şöbəsinin müdiri p.e.d., prof. İntiqam Cəbrayılov, ARTİ-nin Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri p.e.d., prof. Elxan Bayramov, məktəb direktorları, təşkilati işlər üzrə direktor müavinləri, müəllim və psixoloqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov məktəblərdə təlim-tərbiyə işlərinə rəhbərlik və nəzarətin təşkilindən danışıb.

Seminar zamanı təhsilin idarəedilməsi və metodikası ilə bağlı kitablar təhsil işçilərinə hədiyyə edilib.

Seminar sahələr üzrə davam etdirilib.


Oxunub: 636
Oxşar xəbərlər
SON XƏBƏRLƏR