dini radikalizm və ekstremizmlə mübarizə

AzTV-nin Bədii Şurasının növbəti iclasında icra edilmiş yeniliklərdən söz açılıb

AzTV-nin Bədii Şurasının növbəti iclasında icra edilmiş yeniliklərdən söz açılıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib.

APA xəbər verir ki, iclasda son aylarda həyata keçirilən yeniliklərdən söz açan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov bildirib ki, Azərbaycan Televiziyası tam rebrendinq olunub, kanalın bütün qrafik göstəriciləri yenilənib: “Azərbaycantelefilim” Yaradıcılıq Birliyi və “Sabah” studiyasının fəaliyyəti bərpa olunub. 17 yeni studiya tikilib, 3 studiya üzərində iş gedir”.

Diqqətə çatdırılıb ki, Azərbaycan Televiziyasında son aylarda canlı efir saatının müddəti artırılıb, eyni zamanda yeni mövsumdə “Məlahətli qonaqlar”, “Analar akademiyası”, “Çıxışa doğru”, “İstelakçı seçimi”, “Biznes klub”, “Bir AzTV” və digər verilişlər tamaşaçıların ixtiyarına verilib.

İclasda Bədii Şura üzvləri hər üç kanalda nümayiş olunan müxtəlif mövzulu proqramların keyfiyyəti ilə bağlı fikir mübadiləsi aparıb, təklif və iradlarını bildiriblər.

Oxunub: 559
Oxşar xəbərlər
SON XƏBƏRLƏR