dini radikalizm və ekstremizmlə mübarizə

Tullantıların idarə olunmasına dair qanunvericiliyə dəyikliklər edilməsi ilə bağlı təkliflər hazırlanıb

Tullantıların idarə olunmasına dair qanunvericiliyə dəyikliklər edilməsi ilə bağlı təkliflər hazırlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi özəl sektorun marağını tullantıların idarə olunması işinə cəlb etmək üçün qanunvericilik sahəsi üzrə təkliflər hazırlayıb.

APA-nın məlumatına görə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib.

Onun sözlərinə görə, əsas məqsəd plastik tullantıların qarşısını almaqdır: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün davamlı aksiyalar keçirir. Tullantıların idarə olunmasında özəl sektor da maraqlı olmalıdır. Heç bir ölkədə dövlət özü bütün tullantıları idarə etmir. Bununla bağlı qəbul edilmiş beynəlxalq tələblər var. Sahibkar ərazini çirkləndirirsə, tullantıların idarə olunması da onun üzərinə düşür. Tullantıların idarə olunması məsuliyyətinin istehsalçı və istehlakçılar arasında bölüşdürülməsinə dair qanunvericilik sahəsində dəyişikliklərlə bağlı təkliflər müzakirədədir".

Oxunub: 1 477
Oxşar xəbərlər
SON XƏBƏRLƏR