dini radikalizm və ekstremizmlə mübarizə

"Babək" strukturunda ilk quyu Qazaxıstanın "Satti" qurğusu ilə qazılacaq

"Babək" strukturunda ilk quyu Qazaxıstanın "Satti" qurğusu ilə qazılacaq

“Ümid-Babək” blokuna daxil olan "Babək" perspektiv qaz sahəsindən ilk kəşfiyyat quyusunun qazılması Azərbaycana gətirilən Qazaxıstanın “Satti” (SOCAR-ın “Caspian Drilling Company” MMC-nin operatorluğu altında) qurğusu vasitəsi ilə aparılacaq.

"APA-Economics"in Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbəyə istinadən verdiyi məlumata görə, “Babək”də qazma işlərinə BP şirkəti tərəfindən dayazsulu “Abşeron” (SWAP) perspektiv sahəsində bir sıra quyuların qazıldıqdan sonra başlanacaq.

“Neft ehtiyatlarının olması ehtimal edilən SWAP layihəsi çərçivəsində üç kəşfiyyat quyunun qazılması nəzərdə tutulub ki, burada işlər bitəndən sonra qazma qurğusu “Babək” strukturunda işini davam etdirəcək”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, SWAP çərçivəsində ilk kəşfiyyat quyusunun qazılması 2020-ci ilin mart-aprel aylarında gözlənilir: “Ona görə də “Babək” strukturunda qazma işlərinin dəqiq nə zaman başlanılacağı haqda danışmaq hələ çətindir”.

Xatırladaq ki, bundan öncə "Ümid-Babək Operating Company"nin baş direktoru Əli Qurbanov bildirmişdir ki, "Babək" strukturunda ilk quyunun kəşfiyyatı və sınağı 2021-ci ildə planlaşdırılır: "Əgər uğurlu olarsa, quyu istismara daxil olacaq".

Qeyd edək ki, “Babək” strukturu "Ümid" yatağı ilə bitişik stukturdur. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə tamamlanıb. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.

Oxunub: 561
Oxşar xəbərlər
SON XƏBƏRLƏR