Orta (bəzi) məktəblərdə müəllimlər üçün təcili iclas keçirilib və tapşırılıb ki, valideynlərə bir-bir mesaj göndərin sabah uşaqları məscidə aparmasınlar, bu qəti şəkildə qadağandır. Üstəlik müəllimlər də məscidlərə gəlib qapılarda dayanıb şagirdlərini görsələr, geri qaytaracaqlar.
Bu nə deməkdir, bu qadağa nə üçündür? Ötən il dedilər uşaqlar dərsdə olmalıdır, valideynlər qanuna tabe oldular. Bu il isə tətildir, indi nədir bəhanə? İldə bir gün uşaqlar məscidə gedərsə, böyüyüb terrorçu olacaq, yoxsa məscidlərdə başqa şeylər öyrədirlər? Heç bir məsciddə dindən kənar heçnə danışılmır, özünüz də yaxşı bilirsiniz. Belə etməklə özünüzə zərər edirsiz. Dindarları qıcıqlandırmayın, insanlar ibadət üçün məacidə gedir. Siz gedin əxlaqsızlığı təbliğ edən tv-lərə qadağa qoyun...
P.S. Xatun, əxlaqsızlıq bəzilərinin işinə yaradığı üçün onun qarşısı alınmır alınmayacaq.
Məscidə getməyinsə qarşısını ona görə almağa çalışırlar ki, uşaqlar az yaşından düzgün əqidəli, tərbiyyəli, əxlaqlə böyüməsin.
O ki qaldı terrora bizim millətdən terrorist yetişmədi yetişməzdə. Qanıpozuğlardı insan ölmünə imza atanlar.
Bu gün İmamları deyib gələnlərisə Allah peşiman etməsin. İbadət edən insanların bir araya toplanmasına hər zaman təhlikə kimi baxıblar.
Bizlər isə ibadət edərkən öz doğmalarımızla birgə bütün xalqımızın millətimizın, dovlətimizin başından qara buludların çəkilməsi üçün dua edənlərik.
İbadət edənlərdən qorxmaq lazım deyil, xalqın əxlaqını beş paralıq edənlərdən qorxmalıyıq!
Mənəviyyatımızı məhv edənlərdən qorxmalıyıq!
Avropasayaqlaşan müsəlman olmaqdan qorxmalıyıq!
Oxunub: 557