dini radikalizm və ekstremizmlə mübarizə

Naxçıvanda "Azercell"in "Rəqəmsal dünya bölgələrdə" layihəsinə start verilib

Naxçıvanda "Azercell"in "Rəqəmsal dünya bölgələrdə" layihəsinə start verilib

Dünya trendlərinə uyğun xidmətləri, ən effektiv həlləri, həmçinin sərfəli kampaniyaları ilə ölkə əhalisinin əksəriyyətinin seçimi olan və fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan “Azercell Telekom” MMC-nin “Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəsi Naxçıvan şəhərindən başlayaraq, Şərur və Ordubadda da keçirilib. Layihə Muxtar Respublikanın sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, səfər zamanı Azərbaycanın rabitə bazarının lider mobil operatoru “Azercell” on mindən çox insanı bir araya toplamağa müvəffəq olub. “Azercell” bölgə sakinləri ilə görüşərək, onları yeni rəqəmsal məhsullar olan “Kabinetim” tətbiqi, “BuludCinema”, “TelekomTv” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanı yaradan “Sərbəst”, “GəncOL” və “Sadə” tarif paketləri ilə tanış edib.

Bundan əlavə, səfərlər çərçivəsində müxtəlif proqramlar, intellektual və əyləncəli oyunlar, müsabiqələr keçirilmiş, abunəçilərə hədiyyələr paylanıb.

Qeyd edək ki, “Azercell”in dəstəklədiyi “İmzanı Tanıt” sosial layihəsinin iştirakçıları da tədbirə qatılmış və öz əl işlərini nümayiş etdiriblər.

Azərbaycana 4G xidmətini ilk təqdim edən “Azercell” şirkəti abunəçilərin gözləntilərini qarşılamaq və respublikanın bütün sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək məqsədilə 2018-2019-cu illər ərzində LTE şəbəkəsinin bütün ölkə üzrə gücləndirilməsi və genişləndirilməsini həyata keçirib. Bunun nəticəsində şirkət Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində 86,2%, coğrafi ərazi əhatə dairəsində isə 61,4% artıma nail olub. Bu müddətdə 1 007 yeni LTE stansiyası qurularaq, 4G stansiyalarının ümumi sayı 1 667-yə çatdırılıb, günlük LTE data istifadəsində 49,6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınmışdır. Hazırda ölkə boyu 7000-dən çox stansiya daimi bağlantını təmin etməkdədir.

Oxunub: 587
Oxşar xəbərlər
SON XƏBƏRLƏR