dini radikalizm və ekstremizmlə mübarizə

Narkotik tərkibli yabanı bitkilərə dair geobotaniki xəritələr hazırlanacaq

Narkotik tərkibli yabanı bitkilərə dair geobotaniki xəritələr hazırlanacaq

Azərbaycan ərazisində narkotik tərkibli yabanı bitkilərin inkişafını, yetişməsini və vegetasiyasını əks etdirən geobotaniki xəritələr hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər və rayon komissiyaları, bələdiyyələri cəlb etməklə mütəmadi Azərbaycan ərazisində narkotik tərkibli yabanı bitkilərin inkişafını, yetişməsini və vegetasiyasını əks etdirən geobotaniki xəritələrin hazırlanması üçün müvafiq tədqiqat işlərinin və təyinat monitorinqinin təşkilini, həmin bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlar vasitəsilə onların zərərli xassələrinin təbliğini təmin etməlidir.

Oxunub: 588
Oxşar xəbərlər
SON XƏBƏRLƏR