Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanovun Ağdaş rayonunda seçiciləri ilə keçirdiyi növbəti görüş rayonun Hapıtlı kəndində baş tutub.
Unikal.org xəbər verir ki, görüşdə Cavid Osmanov əhatəli çıxış edərək son 15 il ərzində ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan söz açdı. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən bəhs edən millət vəkili bildirdi ki, vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Azərbaycanda sosial siyasət dövlətin əsas istiqamətlərindən biridir. Atılan addımlardan da görünür ki, Azərbaycanda çox uğurlu siyasət yürüdülür.
Təbii ki, bu, güclü iqtisadiyyatın nəticəsində mümkün olur. Bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyub. Cənab Prezident tərəfindən mütəmadi olaraq əhalinin sosial rifahının yüksəldilməsi üçün lazımi addımlar atılır. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Cavid Osmanov qeyd etdi ki, Prezident İlham Əliyevin 18 iyun tarixli sərəncamları ilə ilin əvvəlindən elan edilən sosial paketin yeni mərhələsi başladıldı. Bu sərəncamlarla sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədi ilə ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılması özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaqdır. Cənab Prezident tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.
Görüşdə çıxış edənlər – Həsrət Cavadov, Cəlalə Babayeva, Əhməd Salehov, Səxavət Əsədova, Həmzə Yusubov və Allahverdi Ağamoğlanov bildirdilər ki, ölkəmiz durmadan inkişaf edir, insanların sosial rifahı ildən ilə daha da yaxşlaşır. Sabitliyin, ictimai asayişin və əmin-amanlığın bərqərar olduğu bir ölkədə yaşamağın özünün böyük bir xoşbəxtlik olduğunu qeyd edən görüş iştirakçıları vurğuladılar ki, bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi düşünlmüş uğurlu siyasətin nəticəsidir. Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib. Ölkə Prezidentinin humanizmi, daim xalqının yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi islahatlara getməsi müstəqil Azərbaycanımızı daha böyük zəfərlərə, iqtisadiyyatın, əhalinin rifah halının daha da yüksəlməsinə doğru aparır. Ağdaşlılar da hər zaman bu siyasətə dəstəkdirlər və bundan sonra da dəstək olacaqlar.
Sonda seçiciləri maraqlandıran suallara millət vəkili Cavid Osmanov tərəfindən cavablar verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi.
Oxunub: 635