Hər bir valideynin arzusu övladının xeyir işini görmək, onun sevincinə şərik olmaqdır. Bu gün ocağımızda böyüyən canım qızım Zeynəbimin xoş gününün şahidi olduq.
Çox kövrəlmişəm. Artıq həyatında yeni səhifə açılır balamın.
Necə tez böyüdüyünü sanki indi fərq etdim. Zaman gözləmir ki...Gözümdə hələ də kiçik olan Zeynəbim artıq baçqa bir ocağda gəlin olacaq...
Canım qızım, qoy barmağına taxılan o üzük Sizin bir - birinizə olan hörmətin, sevginin sumvolu olsun. Daim bir - birinizə hörmət, ehtiram göstərin.
Zaman çox qısa, yaşam boyu birlikdə olmağa və söz verdiyiniz bu gündən etibarən bir-birinizin qelbini qirmamaga ve hemise sevgi dolu olmaga çalışın...
Paylaşdıqca çoxalan tək şey sevgidir. Sevginizin həmişə çoxalmasını arzu edirəm.
Günün mübarək mələyim!...
Oxunub: 729