dini radikalizm və ekstremizmlə mübarizə

Qusarda enerji verilişi bərpa olundu

Qusarda enerji verilişi bərpa olundu
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarından başlayan güclü külək Azərbaycanın şimal rayonlarında bir sıra fəsadlar törədib. Nəticədə ağaclar aşıb, evlərin dam örtüyü uçub, elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.

Djb.az xəbər verir ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, qurum sinoptiklərin şimal bölgəsi üçün verilən proqnozunu nəzərə alaraq gücləndirilmiş iş rejimində çalışıb.

Onun sözlərinə görə, elektrik enerjisi təsərrüfatına dəyə biləcək ziyanın aradan qaldırılması, yaranmış fəsadların mümkün qədər tez bir zamanda həll edilməsi üçün zəruri olan ehtiyat tədbirləri görülüb.

T.Mustafayev qeyd edib ki, bölgəyə qonşu rayonlardan və Bakıdan əlavə briqadalar göndərilib, zəruri olan texnikalar səfərbər edilib. Habelə zəruri mal-material ehtiyatı yaradılıb.

"Briqadalarımız gecə saatlarından etibarən dayanmadan qasırğanın elektrik təsərrüfatına vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün işləyir. Ən çox ziyan Qusar rayonuna dəyib, elektrik xətləri qırılıb, dayaqlar aşıb. Ziyanın miqyası böyük olsa da, rayonunun bütün ərazisində elektrik enerjisinin verilməsi artıq bərpa edilib", - ASC rəsmisi vurğulayıb.

Oxunub: 598
Oxşar xəbərlər
SON XƏBƏRLƏR