Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, dənizdə istifadəyə yararsız estakadanın üzərində 1 nəfərin (balıqçı) yıxılaraq xəsarət alması və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Djb.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanına cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.