dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda səhralaşma artır

Azərbaycanda səhralaşma artır
Azərbaycanda səhralaşma prosesi artır.

Djb.az-in Unikal.org-a istinadən məlumatına gorə, bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə deyib.


R.Məmmədov bildirib ki, səhralaşma Mil-Muğan bölgəsinin cənub-şərq hissəsində müşahidə olunur və getdikcə intensivləşir:


“Bu prosesin qarşısını almağın ilkin yolu həmin ərazilərdə çoxlu sayda ağacların əkilməsidir, orada geniş yaşıllıqlar salınmalıdır".


Akademikin sözlərinə görə, Azərbaycanda müşahidə olunan səhralaşmanın səbəbi iqlim dəyişikliyi və insan fəaliyyətidir:


"Hazırda Mil-Muğan bölgəsində otarmalar normadan dəfələrlə artıqdır. Əgər müəyyən əraziyə 5 qoyun düşməlidirsə, orada 20 qoyundur. Qoyun sürüsü harada gəzərsə, həmin yerdə yaşıllıq əmələ gəlmir, səhralaşma gedir. Əgər tez bir zamanda bunun qarşısı alınmazsa, səhralaşma getdikcə artacaq, özü də bu tək ekoloji deyil, həm də sosial problemə çevriləcək. Getdikcə torpağın münbitliyi məhv olur, bitki yetişmir və nəticədə insanlar həmin ərazilərdən köçürlər”.

Oxunub: 735
Oxşar xəbərlər
SON XƏBƏRLƏR