dini radikalizm və ekstremizmlə mübarizə

Yardımı iki dəfə qaldırdıq, ancaq 3 aylıq möhlətlə… - Vüqar Səfərli

Yardımı iki dəfə qaldırdıq, ancaq 3 aylıq möhlətlə… - Vüqar Səfərli
Həftəlik qəzetlərə əvvəl 1500 manat vəsait ayrılırdısa, indi 5000 manat, günaşırı qəzetlərə ayda 6000 manat vəsait ayrılırdısa, indi 10 000 manat, tirajları və yayımları çox olan gündəlik qəzetlərə isə ayda 10 000 min ayrılırdısa, indi 20 000 manat ayrılır.

Teleqraf.com xəbər verir ki, bu sözləri KİV DF-nin sədri Vüqar Səfərli Trend-ə geniş müsahibəsində deyib.

O bildirib ki, ayda 10 000 manat vəsait ayrılan qəzetlərin hazırda 1500 nüsxə yayımı yoxdur.

“Hamısında 2500 tiraj var, ancaq 1500 nüsxə yayım yoxdur. Biz onlara üç ay vaxt verdik ki, bu müddətdə yayımı 1500 nüsxəyə çatdırsınlar. Üç ay müddətində həmin şərtləri yerinə yetirə bilməyən qəzetlərə maliyyə yardımı dayandırılacaq”.

V.Səfərli ənənəvi medianın tirajının azalmasında onlayn medianın inkişafının ciddi rol oynadığını da bildirib:

“Çünki qəzet nə qədər operativ olmağa çalışsa da, məlumatı bir gündən tez verə bilmir. Bu günün məlumatları oxucuya növbəti gün çatdırılır. Ancaq onlayn media məlumatı oxuculara dərhal çatdırır. Təkcə Azərbaycanda deyil, bütün dünyada bu təsir var. Lakin klassik mətbuat da, yəni çap mediası da öz işini davam etdirməlidir. Çünki çap mediasının öz yeri var. Çap mediası bir salnamədir, onun böyük arxivi qalır və lazım olanda o arxivə müraciət etmək olur. Ancaq onlayn media belə deyil, elektron media silinərsə, arxivi də silinir”.

Oxunub: 619
Oxşar xəbərlər
SON XƏBƏRLƏR