dini radikalizm və ekstremizmlə mübarizə

“ASAN xidmət”də işıqlar sönəcək

“ASAN xidmət”də işıqlar sönəcək
Bu gün “ASAN xidmət” mərkəzlərinin işıqları söndürüləcək.
Djb.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
“Hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” aksiyası keçirilir. Məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülərək iqlim dəyişikliyinə diqqət çəkilir. “ASAN xidmət” olaraq bu il də xidmət mərkəzlərinin fasad işıqlarını 1 saatlıq söndürməklə bu hərəkata qoşuluruq”, - deyə qurumdan bildirilib.

Oxunub: 609
Oxşar xəbərlər
SON XƏBƏRLƏR