dini radikalizm və ekstremizmlə mübarizə

Vətəndaşların elektrik enerji sisteminə qoşulma proseduru sadələşdirilib

Vətəndaşların elektrik enerji sisteminə qoşulma proseduru sadələşdirilib
“Azərişıq” ASC-nin elektron müraciətlərin idarə olunması sisteminin yeni versiyasına keçidi, abunəçilərdən, onlara məxsus olan sənədlərin skan versiyalarının bu sistemə yükləməsi artıq tələb olunmur. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov deyib.

Onun sözlərinə görə, “Azərişıq”ın “Elektron hökumət” portalına, eyni zamanda Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin elektron sistemləri ilə mübadiləsinin həyata keçirilməsinin təmin olunduğu üçün buna ehtiyac qalmayıb.

“Mübadilə çox böyük sürətlə həyata keçirilir və abunəçinin hər hansı bir sənədinin kopiyasının və yaxud skan versiyasının yükləməsinə tələb qoyulmur. Bildiyiniz kimi, hazırda ölkədə elektronlaşma ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir ki, bu gün “Azərışıq”ın da qarşısına qoyduğu ən böyük hədəflərdən biri ondan ibarətdir ki, yeni qaydaların tətbiqi yalnız elektronlaşma üzərindən həyata keçirilsin. Lakin əgər abunəçi elektron qaydada müraciət etmək istəmirsə, bu zaman o, əvvəlki qaydada, şəxsiyyət vəsiqəsi ilə “ASAN-kommunal”, “ASAN-xidmət”ə və ya “KOB evləri"nə müraciət edə bilər”, - deyə R. Yusifov bildirib.

“Azərişıq”ın sədr müavini onu da qeyd edib ki, elektrik şəbəkəsinə qoşulma meyarı ilə müəyyən olunmuş qaydalar Nazirlər Kabinetinin 180 nömrəli qərarı ilə müəyyənləşdirilir.

“Həmin qərarda elektrik şəbəkəsinə qoşulma meyarı müəyyənləşdirildiyi, ölkə Prezidentinin fərmanında da qeyd olunduğu kimi, prosedurların sayı 7-dən 2-yə endirilib. Vətəndaşların elektrik enerjiyə qoşulması sadələşdirilib və şəffaf şəkildə həyata keçirilməsi müəyyən olunub. Bunun üçün vahid tarif müəyyənləşdirilib. Bu tariflərlə “Azərişıq”ın saytında tanış olmaq olar. 180 nömrəli qərara əsasən, vətəndaş ödəniş etdiyi andan etibarən 10 və ya 20 gün müddətində elektrik enerjisinin verilməsi 100% təmin olunur”, - deyə R. Yusifov əlavə edib.

Oxunub: 544
Oxşar xəbərlər
SON XƏBƏRLƏR