dini radikalizm və ekstremizmlə mübarizə

“Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada nəşr olundu

“Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada nəşr olundu
Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin həyata keçirdiyi növbəti beynəlxalq nəşr layihəsi – “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada işıq üzü görüb.

İyirmi səkkiz hekayədən ibarət kitaba klassik və çağdaş Azərbaycan ədəbiyyatının, İsmayıl bəy Qutqaşınlı, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Şahmar, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, İlqar Rəsul, Şərif Ağayev və digər yazıçıların əsərləri toplanıb.

Kitabın redaktoru Çhita Belgued, “Ön söz”ün müəllifi akademik Nizami Cəfərovdur.

Oxunub: 615
Oxşar xəbərlər
SON XƏBƏRLƏR