dini radikalizm və ekstremizmlə mübarizə

"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsi uğurla yekunlaşdı.

"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsi uğurla yekunlaşdı.

12.03.2019-cu il tarixində Mingəçevir Gənclər Evində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, Mingəçevir Gənclər Evinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin, Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və "Gələcək Gənclərlə Gələcək" Gənclər Klubunun tərəfdaşlığı ilə həyata keçirilən "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin “Final Mükafatlandırma və Bağlanış Mərasimi” keçirildi.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov, Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov, KİV nümyəndələri və digər qonaqlar iştirak etdilər.
Tədbirin ilk hissəsi "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsi çərçivəsində reallaşan Debat Forumunun final oyununun keçirilməsi ilə başladı.
Layihənin rəhbəri Etiram Sadıqzadənin rəhbərlik etdiyi 5 nəfərlik hakim heyətinin qərarına əsasən Mingəçevir şəhər Texniki Humanitar Liseyini təmsil edən “Demosfen” komandası formun qalibi oldu.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində 09.03.2019-cu il tarixində keçirilən forumun ilk günündə 22 komanda tərkibində 66 gənc mübarizə aparmış və Mingəçevir şəhər 3 nömrəli orta məktəbi təmsil edən
“Qarabağ” komandası ilə Mingəçevir Texniki Humanitar Liseyini təmsil edən “Demosfen” komandası
finala vəsiqə qazanmışdılar.
Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli layihənin uğurla yekunlaşması münasibəti ilə layihə komandasını təbrik edərək onlara uğurlar arzuladı.
Bu kimi debatların gənclərin inkişafında müstəsna rol oynadığını bildirən K.Nəcəfli son illər Mingəçevir debatının nəyin ki, regionda hətta respublikada olan uğurlarını qeyd etdi.
Daha sonra çıxış edən layihə rəhbəri Etiram Sadıqzadə layihə haqqında ətraflı məlumat verərək, layihənin təqdimatını etdi.
E.Sadıqzadə qeyd etdi ki, 1 təqdimat, 2 ümümi təlim, 1 mövzu təlimi, 1 şou debat, 4 hakimlərlə görüş, 18 şadirdlərlə görüş, 40 təlim-məşq, 1 debat forumu, 1 mükafatlandırma və bağlanış mərasimi olmaqla ümümilikdə 69 tədbir keçirilmiş və bütün bu tədbirlərdə 457 gənc, Debat Forumunda isə 66 iştirakçı 18 təşkilat komandası olmaqla 84 gənc iştirak etmişdir.
E.Sadıqzadə “Bu gün elə qeydiyyatdan keçmiş gənclər təşkilatları var ki, layihə komandasının 3 ay ərzində etdiyi işləri 1 il ərzində bacarmırlar” dəyərək layihənin keçirilməsində dəstək olan bütün qurumlara,tərəfdaşlara,KİV-lərə və xüsusi ilə layihənin təşkilat komandasına təşəkkürünü bildirərək çıxışını yekunlaşdırdı.

Tədbirin gedişində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılovun salamlarını tədbir iştirakçılarına çatdıraraq ölkədə aparılan gənclər siyasətindən, ölkə rəhbərliyi tərəfindən gənclərin diqqət və qayğı ilə əhatələnməyindən, ölkə prezidenti cənab İlham Əliyevin insan amilini əsas kapital saydığından söhbət açdı.
T.Əsgərov sonda gənclərə uğurlar arzulayaraq hər zaman öz üzərlərində iştəmələrini və öz inkişafları üçün çalışmalarını tövsiyyə etdi.

Tədbirdə çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov natiqlik təlimlərinin,debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışdı,bundan sonrada Mingəçevirdə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildiridi. R.Qurbanov Mingəçevirin yalnız energetiklər deyil eyni zamanda gənclər şəhəridə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə aparıcı və hakim qismində iştirak edən, layihənin təlimçisi Samir Şükürov gənclər tərəfindən müzakirə olunan “Müasir təlim metodlarının tətbiqi özünü doğruldur” mövzunun əhəmiyyətinə toxunaraq aktuallığını qeyd etdi və niyə məhz bu mövzunun olmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.


Sonda layihə çərçivəsində reallaşan Debat Forumunun qalibləri kubok, medal, sertifikat, qiymətli hədiyyələr, finalçıları, ən yaxşı natiqləri və xüsusi fəallığı ilə seçilən gəncləri medal, sertifikat, qiymətli hədiyyələrlə eləcədə bütün iştirakçılar sertifikatla təltif olundu.

#AzGF #GenclerFondu #XIQrant #MingecevirGenclerEvi #dvc #azdebate#natiqlik #GGGIB #MMDL



Hörmətlə,

Etiram Sadıqzadə

Milli Debat Proqramının Regional Mərkəzlər üzrə Meneceri,

Mingəçevir Regional Debat Mərkəzinin sədri
"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsi uğurla yekunlaşdı.

Oxunub: 718
Oxşar xəbərlər
SON XƏBƏRLƏR