dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət Komitəsi uşaqlar arasında müsabiqə elan etdi

Dövlət Komitəsi uşaqlar arasında müsabiqə elan etdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri, erməni vəhşiliyi, işğal zamanı həlak olmuş, qətlə yetirilmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir.

Bununla bağlı “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda uşaqlar arasında yazı müsabiqəsi elan edilir.

Komitədən Oxu.Az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən uşaqlar 2019-cu il fevralın 1-dək yazılarını, eləcə də özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, yaş, əlaqə telefonları, təhsil aldığı müəssisə, rayon/şəhər) ushaq.problemleri@mail.ru elektron ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim olunacaq yazının mətni 2 səhifədən çox olmamalıdır (Arial (14) şriftində, 1,5 intervalla çap edilməlidir). Məqalələr Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Müsabiqənin qalibləri mükafatlandırılacaqlar.

Əlaqə nömrəsi: 598-27-12, 493-78-16, 050 235-34-11

Oxunub: 719
Oxşar xəbərlər
SON XƏBƏRLƏR