dini radikalizm və ekstremizmlə mübarizə

Nazirlik həyəcan təbili çalır: Avtomobillər Bakıda havanı zəhərləyib

Nazirlik həyəcan təbili çalır: Avtomobillər Bakıda havanı zəhərləyib
Bakıda havanın çirklənməsinin ən başlıca səbəblərindən biri havanın tərkibində karbon qazının artmasıdır. Çirklənmənin 80 faizindən çoxu avtomobil nəqliyyatının payına düşür.

Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

Onun sözlərinə görə, ölkədə havanın çirklənməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görülür.

“Buna baxmayaraq, avtomobil nəqliyyatının ekoloji problemləri hələ də aktual məsələ kimi qalır”, - deyə o bildirib.

Nazirlik rəsmisi bildirib ki, avtomobil nəqliyyatının sıxlığının artması hava mühitinin vəziyyətini daha da pisləşdirir.

“Avtomobillər ətraf mühitin çirklənməsinin əsas mənbələrində biri olaraq qalır. Əfsuslar olsun ki, nəqliyyat vasitələrinin sayı gündən-günə artır”, - M.Nəbiyev deyib.

Oxunub: 685
Oxşar xəbərlər
SON XƏBƏRLƏR