dini radikalizm və ekstremizmlə mübarizə

Tanınmış bəstəkar və müğənni Adil Şanla görüş keçirildi

Azərbaycan Respublikası "Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu" və "Regional Hüquqi və İqtisadi Maarifləndirmə"ictimai birliklərinin təşkilatçılığı ilə milli vətənpərvərlik ruhunda təşkil edilən tədbirlər gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir göstərir.Hər iki Təşkilatın rəhbərləri dövlətçiliyin daha da möhkəmləndirilməsi,türk dünyası ilə mədəni əlaqələrin daha da genişləndirilməsi üçün əllərindən gələni əsirgəmirlər.Belə tədbirlərdən biri noyabrın 20-də Bakıdakı "Atatürk Mərkəzi"ndə baş tutdu.Tədbiri Mərkəzin şöbə müdiri, "Tərəqqi" medalının mükafatçısı Əkbər Qoşalı açdı.Şəhidlərin xatirəsi 1 dəq.sükutla yad edildi."Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu" ictimai birliyinin sədri, Milli Məclisin deputatı xanım Qənirə Paşayeva soydaşımız, hazırda Türkiyədə yaşayan bəstəkar,müğənni və yazar Adil Şanı tədbir iştirakçılarına təqdim etdi.Xanım Q.Paşayeva dedi:-Suriyada anadan olmuş, türkmən kimi tanınan Adil Şanın əsli Azərbaycana, Tovuz rayonunun Əlibəyli kəndinə bağlıdır.Adil Şan Türkiyənin "Türkvision" musiqi yarışmasının qalibidir, məşhur "Diriliş Ertoğrul" serialında aktyor və bəstəkar kimi iştirak edib."
Qənirə xanım dəyərli soydaşımızı Vətəndə qarşılamaqdan qürur duyduqlarını bildirdi.
Adil Şan, Azərbaycanda olduğundan hədsiz məmnunluğunu qeyd etdi. Türk dünyasının birliyi naminə əllərindən gələni əsirgəmədiyini qeyd etdi.
Sonda o, çapdan çıxmış kitablarını oxuculara təqdim etdi, xatirə şəkli çəkdirdi.

Şamil Sabiroğlu,
"Tərəqqi" medalının mükafatçısı, jurnalist.

Tanınmış bəstəkar və müğənni Adil Şanla görüş keçirildi
Tanınmış bəstəkar və müğənni Adil Şanla görüş keçirildi

Oxunub: 710
Oxşar xəbərlər
SON XƏBƏRLƏR