dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda “Innovasiyalar həftəsi” başlayır - Oktyabrın 30-dək davam edəcək

Bakıda “Innovasiyalar həftəsi” başlayır - Oktyabrın 30-dək davam edəcək
Bu gündən Bakıda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” başlayır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli ATV.az-a bildirib ki, “İnnovasiyalar həftəsi” oktyabrın 30-a dək keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlara qatılmaq, sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu olan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq. Azərbaycan Kiber İdman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri də keçiriləcək.Turniriə döyüş və futbol üzrə kompüter oyunları daxildir. Qaliblər Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.

Oxunub: 648
Oxşar xəbərlər
SON XƏBƏRLƏR