dini radikalizm və ekstremizmlə mübarizə

Bakıya havalandırma və kondisioner sistemi olan metro qatarları gətirildi

Bakıya havalandırma və kondisioner sistemi olan metro qatarları gətirildi
"Ölkə.Az" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qurum rəsmisi qatarların sazlanma işlərindən sonra istifadəyə veriləcəyini deyib. Onun sözlərinə görə, yeni qatarların hər biri 5 vaqondan ibarətdir.

"Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarlarda havalandırma və kondisioner sistemi var. Qatarda vaqonlararası keçidlər mövcuddur. Vaqonlarda qapıların enli olması da sərnişinlərin daha rahat düşüb-minməsi üçün şərait yaradır",- deyə N.Paşayev qeyd edib.

Oxunub: 675
Oxşar xəbərlər
SON XƏBƏRLƏR