dini radikalizm və ekstremizmlə mübarizə

Mir Şahinin TV-si gözləntiləri doğrultdumu? – Ekspertlər

Mir Şahinin TV-si gözləntiləri doğrultdumu? – Ekspertlər
Ay yarım ərzində Real TV gözləntiləri doğrultdu. Mövcud şərtlər daxilində, müəyyən texniki məhdudiyyətlərə baxmayaraq, Mirşahin Ağayev və komandası bunu bacardı.

Bu sözləri Kult.az-a media eksperti Zeynal Məmmədli mart ayının 15-dən etibarən efir fəaliyyətinə başlayan Real TV-nin fəaliyyətini dəyərləndirərkən deyib.

Z.Məmmədlinin fikrincə, Real TV əməkdaşları artıq istənilən məlumatı izləyiciyə təqdim edə bilirlər:

“Hesab edirəm ki, bizim məkanda Real TV kimi kanalın olması vacib idi. Digər kanalların xəbər proqramlarına da baxıram. Müşahidələrim onu deməyə əsas verir ki, əksər məlumatları Real TV ilkin qaynaqdan alır. Bir seyirci kimi Real TV-dən razıyam”.

Ekspertin fikrincə, Real TV hələ formalaşmalıdır: “Parlaq aparıcılar, yaddaqalan jurnalistlərin çoxalması lazımdır və düşünürəm ki, bu problemlər zamanla həll olunacaq”.

Media eksperti Qulu Məhərrəmli isə Real TV-ni tam və təhlil aparacaq qədər izləməyə vaxtı olmadığını bildirib. Lakin hesab edir ki, sözügedən kanalda jurnalistikaya bələd olan heyətin mövcudluğu ona olan ümidləri artırır:

“Bu gün yüksək texniki və məlumatlılıq göstəriciləri olan kanal yaratmaq asan deyil. Qısa müddətdə hədəflərə nail olmağı gözləmək də peşəkarlıq baxımından doğru sayılmaz. Ancaq Real TV-nin jurnalistikaya xidməti olan heyəti var və onların gözləntilərimizi doğruldacağına şübhə etmirəm”.

Qeyd edək ki, Real TV fəaliyyətə martın 15-dən başlayıb. Telekanalın rəhbəri telejurnalist Mirşahin Ağayevdir. Real TV-də işləyənlərin əksəriyyəti keçmiş ANS-çilərdir.

Oxunub: 703
Oxşar xəbərlər
SON XƏBƏRLƏR