Təkcə Azərbaycanda deyil, əksər ölkələrdə "Korluq xəstəliyi" bir "xəstəlik"var: Bu, çox ağır xəstəlikdir. Bu xəstəliyə misal olaraq 2018-ci il yanvarın 28-30-da Bakıda keçirilən boks üzrə Azərbaycan çempionatında 5 dəfə Azərbaycan çempionu, daha sonra isə 2 dəfə Avropa 3-cüsü, habelə, digər yarışların qalibi olan Xocalı sakini Elməddin Qədir oğlu İsmayılova qarşı edilən haqsızlığı görən media nümayəndələrini və ictimaiyyəti göstərə bilərəm .Şou aləmində xırda bir uğursuzluq və ya uğur baş verdikdə "milçəyi fil edə bilən" media istedadlı Azərbaycan idmançısına edilən haqsızlığı gördü və susdu...Etiraf etməliyik ki,bu,çox ağır xəstəlikdir, çoxumuz "Korluq xəstəliyi"nin qurbanı olmuşuq.
Əslən Gürcüstanın Borçalı mahalından olan Hacı Azadə-Taleh Abbasqızı ixtisasca həkimdir. Azərbaycan Respublikası Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışır. Eyni zamanda, "Qafqazmedia" ictimai birliyinin sədridir. Bu xanımla məni heç bir qohumluq-dostluq əlaqələri bağlamır.Sadəcə həmkarıq, iş yoldaşıyıq.Doğum günü fevralın 25-nə düşdüyündən 25 ildir ki,özünə ad günü keçirmir.
Hacı Azadə-Taleh Abbasqızı milli vətənpərvərlik ruhunda təşkil etdiyi tədbirlərə çox vaxt Qarabağ qazisi və jurnalist olaraq məni də dəvət edir. Ən azından, Vətən qarşısındakı xidmətlərimi dəyərləndirir.O, övladım, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təəhsil alan istedadlı gənc fəal Şamiləni də unutmadı, 2 fevral-Azərbaycan gəncləri gününə həsr edilən tədbirdə ona xüsusi Diplom təqdim etdi.
Hörmətli Hacı Azadə-Taleh Abbasqızı, həqiqəti görən gözləriniz var olsun!
Şəkildə: Hacı Azadə-Taleh Abbasqızının xahişilə tədbirdə qonaq qismində iştirak edən Respublika Müharibə Veteranı Qadınlarına Sosial Dəstək İctimai birliyinin sədri Radə Abbas mükafatı fəal gənc Şamilə Şamilqızına təqdim edir.
Təbrik edirəm,Şamilə!
İnşAllah,sənin uğurların hələ qarşıdadır!
Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri.