Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının izolyantları muzeyinin yaradılması, vərəm mikobakteriyalarının genetik mutasiya xüsusiyyətləri və yayılma intensivliyi, həmçinin dərmanlara davamlılıq spektri göstərilməklə ilk epidemioloji xəritənin tərtibi nəzərdə tutulub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, muzeyin yaradılması “Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar-genetik mutasiyalarının tədqiqi” layihəsi çərçivəsində baş tutacaq.
Qeyd ki, layihə çərçivəsində 2017-ci ilin aprel ayından elmi işlər başlanıb və davam etdirilir.
Layihənin əsas elmi ideyası Azərbaycan ərazisində ağciyər vərəmi olan xəstələrdə vərəm mikrobakteriya ştamlarının genetik xüsusiyyətlərinin tədqiqi və dərmanlara davamlılıq formalaşmış ştamlarının genetik mutasiya xassələrinin öyrənilməsidir.