dini radikalizm və ekstremizmlə mübarizə

“Azəriqaz” Mirvari Qəhrəmanlının haqsız olduğunu SÜBUT ETDİ - FOTOLAR

“Azəriqaz” Mirvari Qəhrəmanlının haqsız olduğunu SÜBUT ETDİ - FOTOLAR
Bir neçə gün əvvəl Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının “Azəriqaz” İstehsalat Birliyini 2018-ci il başlamasına baxmayaraq, sayğacları sıfırlamamaqda, abonentləri aldatmaqda ittiham edib.
Qurum isə öz növbəsində məsələnin araşdırılacağını açıqlamışdı.

“Azəriqaz”İB-nin mətbiat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a məsələnin araşdırıldığını bildirib:

“Sosial şəbəkələrdən istifadə edib yalan və əsassız məlumatlar yayaraq abonentlərimiz arasında çaşqınlıq yaradan Mirvari Qəhrəmanlının qeyd etdiyi məsələ (Mirvari Qəhrəmanlı: “Bu gün, 3 yanvar 2018-ci ildə, qızım Smart kartla sayğaca 10 manat pul vurub. Ancaq sayğaca 5 manat yükləndi”) tərəfimizdən araşdırıldı.

Məlum oldu ki, Mirvari Qəhrəmanlının qızı 29.12.2017-ci il tarixdə istifadə etdiyi smart karta 10 AZN məbləğində pul köçürüb, həmin məbləği isə 02.01.2018-ci ildə qaz sayğacına yükləyib. Nəzərinizə çatdırırıq ki, həmin 10 AZN ötən il ödənildiyi və abonent illik limiti keçdiyi üçün balansa 50 kub (50 x 0.20=10 AZN) qaz yüklənib. Abonentin yanvar ayının 3-də ödədiyi 5 AZN və ayın 4-də ödədiyi 10 AZN isə balansa 0.10 qəpik tarifiylə yüklənib. Aşağıda göstərilən abonent saldosunda bunu görə bilərsiniz".

İ.Kərbalayev deyib ki, “Azəriqaz” İB-nin 22.12.2017-ci il tarixli abonentlərin məlumatlandırılması məqsədi ilə yaydığı məlumatı Mirvari Qəhrəmanlı da oxusaydı, bu barədə məlumatlı olardı.
“Azəriqaz” Mirvari Qəhrəmanlının haqsız olduğunu SÜBUT ETDİ - FOTOLAR
“Azəriqaz” Mirvari Qəhrəmanlının haqsız olduğunu SÜBUT ETDİ - FOTOLAR

Oxunub: 764
Oxşar xəbərlər
SON XƏBƏRLƏR