dini radikalizm və ekstremizmlə mübarizə

ADY: Bayram günlərində Bakı-Tbilisi-Bakı qatarı ilə 16 mindən çox sərnişin daşınıb

ADY: Bayram günlərində Bakı-Tbilisi-Bakı qatarı ilə 16 mindən çox sərnişin daşınıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi Yeni təqvim ili ərəfəsində, istirahət günlərində gücləndirilmiş iş rejimində çalışıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, bayram günlərində sərnişin sıxlığını qismən də olsa azaltmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilib.

“Bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 73 vaqon qoşulub. Bayram günlərində (yeddi gün ərzində) yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında cəmi 16 404 nəfər sərnişin daşınıb. Bu da adi iş günlərində daşınan normadan iki dəfə çoxdur”, - deyə məlumatda bildirilir.

Oxunub: 903
Oxşar xəbərlər
SON XƏBƏRLƏR