dini radikalizm və ekstremizmlə mübarizə

Yunanıstandan Türkiyə qərarı: Ləğv edildi!


NATO sammitindən sonra Yunanıstan hakimiyyəti Türkiyə ilə münasibətləri yumşaltmaq üçün addımlar atıb.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti iddia yayıb.

“ABŞ və NATO-nun təkliflərinə uyğun olaraq Afina rəhbərliyi yay aylarında Egeydə keçirilməsi planlaşdırılan genişmiqyaslı hərbi təlimləri ləğv edib. Yunanıstan "Yılmaz-Papulias” razılaşmasına uyğun olaraq sözügedən ləğv qərarını qəbul edib. Həmçinin, Egeyin şərqində və ətrafındakı adalarda planlaşdırılan kiçikmiqyaslı təlim fəaliyyətləri də ləğv olunub”, - nəşr yazıb.

Xatırladaq ki, "Yılmaz-Papulias” razılaşması 1998-ci ildə o vaxtkı xarici işlər nazirləri Karolos Papulias və Məsut Yılmaz tərəfindən imzalanan, eyni zamanda, ilk etimad quruculuğu tədbirləri paketini özündə əks etdirən memorandumdur.

Oxunub: 306
Oxşar xəbərlər
SON XƏBƏRLƏR