dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ-ın "ölmüş" Minsk Qrupunu DİRİLTMƏK CƏHDİ - DETALLAR

ABŞ-ın "ölmüş" Minsk Qrupunu DİRİLTMƏK CƏHDİ - DETALLAR

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi artıq həll olunub və bizim Qarabağ adlı problemimiz yoxdur. Lakin “dəfn olunmuş” ATƏT-in Minsk Qrupu olmayan “Qarabağ problemi”ni, onun gələcəyini yenidən gündəmə gətirmək və həll etmək istəyir.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu bildirib ki, rusiyalı həmsədr Qarabağın gələcəyini müzakirə etmək dəvətini qəbul etməyib.

“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk Qrupunun işini davam etdirməyi səbirsizliklə gözləyirik”, – məlumatda deyilir.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 24-də azərbaycanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında “ATƏT-in Minsk Qrupunun Amerika və Fransa tərəflərinin təşəbbüsü ilə fəaliyyətini dayandırdığını” bildirib.

Öz növbəsində, Ceyhun Bayramov Lavrovun sözlərini yekunlaşdıraraq deyib:

“2022-ci ilin fevralından başlayaraq məlum səbəblərdən ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət formatı tamamilə iflic vəziyyətə düşüb. Və biz bu məlumatı müxtəlif mənbələrdən, o cümlədən rusiyalı tərəfdaşlardan almışıq”.

Oxunub: 308
Oxşar xəbərlər
SON XƏBƏRLƏR