dini radikalizm və ekstremizmlə mübarizə

Maskın Starlinki Putinin Zelenskini susdurmasına MANE OLDU - Politico

Maskın Starlinki Putinin Zelenskini susdurmasına MANE OLDU - Politico

Starlink Maskı Putinin Zelenskini susdurmasına mane olub.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Politico” “UkraineX: İlon Maskın kosmik peykləri yer üzündəki müharibəni necə dəyişdi” məqaləsində yazır. İlon Maskın “Starlink”i Ukraynanın informasiya qələbəsini təmin edərək, Rusiyanın genişmiqyaslı müharibənin başlaması ilə ölkənin xarici dünyaya çıxışına mane olub.

“Strateji effekt ondan ibarətdir ki, Starlink Putinin informasiya kampaniyasını tamamilə məhv etdi. O, heç vaxt Zelenskini susdura bilmədi”, – deyə Pentaqonun texnoloji forpostu olan Müdafiə İnnovasiyaları Bölməsinin kosmik innovasiyalar üzrə direktoru Stiv Butou bildirib.
Bu barədə ABŞ, Aİ və Britaniya kəşfiyyatına istinadən məlumat yayıb.

Rusiya işğaldan cəmi bir saat əvvəl şəbəkəsi Ukrayna hərbçiləri tərəfindən istifadə edilən Viasat-a müdaxilə edib. Həmin vaxt Maskın SpaceX şirkəti Ukrayna üzərində tez bir zamanda 50-yə yaxın peyk yerləşdirib. Ölkədə kommunikasiyaların yerləşdirilməsi prosesi Birləşmiş Ştatlar tərəfindən bürokratik rəftar nəticəsində bir qədər ləngidi.
Hazırda Ukraynada “Starlink” təkcə mühasirəyə alınmış şəhərlərlə və cəbhə ilə əlaqə saxlamaq üçün deyil, həm də işğalçıların mövqelərinə artilleriya və bombalar atmaq üçün istifadə olunur.

Məqalədə qeyd edilir ki, Zelenski bu şəbəkə vasitəsilə müntəzəm olaraq milyonlarla abunəçiyə məlumat verir və Zoom-dan dünya liderlərinə zəng edir. Starlink sayəsində “Azovstal”dakı Ukrayna hərbçiləri öz komandanlığı və prezidentlə əlaqə saxlaya bilir, həmçinin canlı video müsahibələr verə bilirdilər.
Xatırladaq ki, bundan əvvəl Starlink-in Ukraynanın operator lisenziyası aldığı bildirilib. SpaceX-in nümayəndəliyi tezliklə Ukraynada aktiv fəaliyyətə başlayacaq.

Oxunub: 278
Oxşar xəbərlər
SON XƏBƏRLƏR