dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan və Rəisi Ermənitan - Azərbaycan münasibətlərini MÜZAKİRƏ ETDİLƏR

Paşinyan və Rəisi Ermənitan - Azərbaycan münasibətlərini MÜZAKİRƏ ETDİLƏR

Paşinyan və Rəisi sərhədlərin delimitasiyası və İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə edib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu gün Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması perspektivlərini Ermənistanın baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə müzakirə edib.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə görüşündən aldığı təəssüratlardan danışıb.

“Paşinyan və Rəisi regional kommunikasiyaların açılması, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin başlanması, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması perspektivləri və Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı fikir mübadiləsi aparıblar”, – hökumət qeyd edib.

Paşinyan və Rəisi iki ölkənin paytaxtlarına səfər dəvətini təsdiqləyiblər.

Oxunub: 273
Oxşar xəbərlər
SON XƏBƏRLƏR