dini radikalizm və ekstremizmlə mübarizə

Ukrayna və Rusiya atəşkəsə dair RAZILIĞA GƏLDİ

Ukrayna və Rusiya atəşkəsə dair RAZILIĞA GƏLDİ

Ukrayna və Rusiya Azovstal ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini – müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk “RBC-Ukraina”ya deyib.

Onun sözlərinə görə, Mariupolun müdafiəçiləri bu vaxtdan mülki əhalini və ərazini təxliyəyə hazırlamaq üçün istifadə edəcək.

Nazirin sözlərinə görə, Ukrayna tərəfi yaralı əsgərlərin siyahısını verib, lakin onların çıxarılması ilə bağlı hələlik razılaşmaq mümkün olmayıb.

Vereşukun qeyd etdiyi kimi, təxliyə yalnız davamlı atəşkəs nəticəsində mümkündür və bununla əlaqədar o, razılaşmaların nəticə verəcəyinə ümid edir.

Oxunub: 367
Oxşar xəbərlər
SON XƏBƏRLƏR