Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə aprelin 25-də Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilib.
Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Tacikistanın Azərbaycan üçün əhəmiyyətli tərəfdaş olduğuna toxunub.
Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli bildirib ki, Tacikistan və Azərbaycan siyasi, iqtisadi, mədəni, parlamentlərarası və digər sahələrdə uğurla əməkdaşlıq edir. R.Soli qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair 60-dan artıq sənəd imzalanıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri və Azərbaycan Respublikasının Tacikistan Respublikasında ilk fövqəladə və səlahiyyətli səfiri olmuş Məhərrəm Əliyev çıxış edərək iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının tarixindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Tacikastan Prezidenti Emoməli Rəhmonın dövlətlər arasında əlaqələrin inkişafındakı rolundan danışıb.
Milli Məclisdə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi mən çıxış edərək iki xalq arasında əlaqələrin tarixin dərinliklərinə gedib çıxdığını vurğuladım. İki dövlət arasında münasibətlərin hər iki tərəfin maraqlarına söykəndiyini bildirdim və bunu nümunəvi adlandırdım. Çıxışımda xüsusilə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd etdim. Sonda əlavə etdim ki, Tacikistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və biz bunu 44 günlük müharibə zamanı xüsusilə hiss etmişik.
Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Bünyad Hüseynov, Azərbaycanın Tacikistandakı keçmiş səfirləri Abbasəli Həsənov və Həsən Məmmədzadədə çıxış etdlər.
Tədbirdə Mərkəzi Asiya ölkələrinin və Gürcüstanın Azərbaycandakı səfirləri, elm və ictimaiyyət təmsilçilərinin də iştirak etdilər.
Oxunub: 378