dini radikalizm və ekstremizmlə mübarizə

Son zamanlar geniş yayılan rotavirus nədir və uşaqlarımızı bundan necə qoruyaq? - Pediatrdan AÇIQLAMA

Son zamanlar geniş yayılan rotavirus nədir və uşaqlarımızı bundan necə qoruyaq? - Pediatrdan AÇIQLAMA

Son günlər rotavirus adlı xəstəliyə yoluxan uşaqların sayı artır. Virusa yoluxan uşaqlarda qusma, ishal və hərarət müşahidə olunur. Daha çox 5-10 yaş aralığında olan uşaqlarda rast gəlinən bu xəstəlik artıq epidemiya halını alıb. Xəstəliyin kütləvi yayılması valideynləri də narahat edir.

Bəs uşaqları bu virusdan necə qoruya bilərik? Hansı profilaktik tədbirlər görülməlidir?

Djb.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran pediatr Xəyalə Quliyeva bildirib ki, rotavirus bağırsaq infeksiyasıdır: “Xəstəliyin əsas əlamətləri ürəkbulanma, qusma və ishaldır. Son günlər bu xəstəlik uşaqlar arasında daha geniş yayılıb. Virusun əlamətləri omikron ştamı ilə təqribən eynidir. Əlamətlər oxşar olduğuna görə bəzən bu xəstəlikləri səhv salırlar. Rotavirus nəcis analizi ilə təyin edilir. Virusa yoluxan uşaqlarda xəstəliyin əlamətləri 3 gündən 7 günə kimi davam edir. Bu xəstəliyin xüsusi müalicəsi yoxdur. Rotavirusa yoluxan uşaqların bədəni çox su itirir. Suyun və duzların itirilməsi bəzən uşaqların komaya düşməsinə də səbəb ola bilir. Ona görə də ilk növbədə uşağın itirdiyi su və duz bərpa olunmalıdır. Bunun üçün isə xüsusi məhlullardan istifadə edilməlidir. Lakin miqdarı düzgün təyin etmək lazımdır. Qızdırmanın aşağı salınması üçün parasetramol tərkibli dərman verilə bilər. Antibiotikdən istifadə tövsiyə olunmur. Əgər uşaqda qusma halları çox müşahidə olunarsa sistem qəbul edə bilər”.
Pediatr bildirib ki, rotavirusa yoluxan uşaqlar 7 gündən sonra sağalır: “Bu barədə demək olar ki, hər gün müraciətlər olunur. Xəstəliyin ağır fəsadları yoxdur. Əsas məqam həkimin dediklərini düzgün qaydada yerinə yetirməkdir. Valideynlər uşağın qida rejiminə xüsusi diqqət etməlidir. Qida az-az və tez-tez qəbul edildməlidir. Ağır qidalar, xəmir və ət xörəklərinin qəbulu məsləhət görülümür. Uşağın yaşından asılı olaraq düyü kaşası və ya supu, kartof soyutması, alma və armud verilə bilər. Xəstəliyin ilk iki günündə qida rejiminə xüsusilə diqqət edilməlidir. Əslində rotavirusun peyvəndi var. Lakin ilk 6 ay ərzində bu peyvənd vurulmalıdır. Bu, məcburi peyvənd siyahısına aid deyil və yalnız özəl klinikalarda olur, həmçinin xüsusi sifarişlə gətirilir. Bütün viruslar kimi bu virusun da profilaktikasında əllər təmiz yuyulmalı, spirtlənməlidir. Evdə virusa yoluxan uşaq varsa dərhal təcrid olunmalıdır”.

Oxunub: 465
Oxşar xəbərlər
SON XƏBƏRLƏR