dini radikalizm və ekstremizmlə mübarizə

Yaponiya səkkiz rus məmuru ölkədən QOVUR

Yaponiya səkkiz rus məmuru ölkədən QOVUR

Yaponiya Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra diplomatlar da daxil olmaqla 8 rusiyalı məmuru ölkədən çıxarmaq qərarına gəlib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mori Ono Hikariko bildirib.

Qərara əsasən, Rusiyanın Tokiodakı səfirliyi və ticarət nümayəndəliyindəki rus diplomatlar da daxil olmaqla 8 nəfər deportasiya ediləcək.

Mori bildirib ki, sözügedən qərarı nazirliyə çağırılan Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzinə bəyan edib.

“Kyodo” agentliyinin məlumatına görə, Yaponiya Xarici İşlər Nazirliyindəki mənbələr qərarın səbəbini şərh etməkdən imtina ediblər.

Oxunub: 385
Oxşar xəbərlər
SON XƏBƏRLƏR