dini radikalizm və ekstremizmlə mübarizə

"Polşa artıq Rusiyanın hücumuna HAZIRLAŞIR" - Deşitsa

"Polşa artıq Rusiyanın hücumuna HAZIRLAŞIR" - Deşitsa

“Polşa artıq Rusiyanın hücumuna hazırlaşır”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Polşadakı səfiri Andrey Deşitsa Kanal 24-ün efirində deyib. O bildirib ki, Polşa hökuməti artıq Rusiyadan mümkün təcavüzə hazırlaşır.

“Rusiyanın Polşaya hücum edə biləcəyi ilə bağlı təhlükə var. Polşa hökuməti buna hazırlaşır”, – deyə Deşitsa bildirib.

Diplomat xatırladıb ki, ölkədə müdafiə haqqında qanun qəbul edilib və bu qanun Polşa Silahlı Qüvvələrini gücləndirir.

“Lakin Polşa hökuməti başa düşür ki, Ukraynaya kömək etmək və rus qoşunlarının Polşa ilə sərhədlərə yaxınlaşmasının qarşısını almaq daha yaxşıdır”, – deyə Deşitsa əlavə edib.

Oxunub: 538
Oxşar xəbərlər
SON XƏBƏRLƏR