dini radikalizm və ekstremizmlə mübarizə

Səfir: “İran-Azərbaycan əlaqələrində sıçrayış, inkişaf müşahidə edirik”

Səfir: “İran-Azərbaycan əlaqələrində sıçrayış, inkişaf müşahidə edirik”

İranın xarici siyasəti qonşularla əlaqələrinin inkişafına əsaslanıb. Qonşularla əlaqənin inkişafı bizim xarici siyasətimizin əsas prioritetidir.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan-İran diplomatik münasibətlərinin 30-cu il dönümünə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, İranın yeni prezidenti seçildikdən bu günə qədər 3 səfər həyata keçirib, bu səfərlər qonşu və region ölkələrinə olub.

Diplomat xatırladıb ki, Azərbaycan və İran prezidentləri Aşqabadda görüşüb və bu görüş faydalı olub.

“İran Prezidentinin Azərbaycan lideri ilə görüşü əlaqələrin inkişafında dönüş nöqtəsi hesab olunur. Şadam ki, həmin görüşdən sonra əlaqələrimizdə sıçrayış, inkişaf müşahidə edirik. Bu inkişaf özünü bütün sahələrdə - siyasi, iqtisadi, təhlükəsizlik sahələrində göstərir. İki ölkə beynəlxalq təşkilatlarda da yaxşı əməkdaşlıq edir, bir-birinin mövqeyini dəstəkləyirlər. Ümidvaram ki, əlaqələrimizin inkişafı belə davam edəcək. Ümid edirəm ki, regional səviyyədə əməkdaşlıq, “3+3” yaxın gələcəkdə bütün region ölkələrinin platformaya qoşulması ilə güclənəcək”, - Abbas Musəvi qeyd edib.

Oxunub: 594
Oxşar xəbərlər
SON XƏBƏRLƏR